Xalq şairi S.Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Şeir kimi ömür” adlı ədəbi-bədii gecə keçiriləcək
2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) anadan olmasının 120 illiyi tamam olur. Mediaxeberleri.Az xəbər verir ki, 13 aprel 2026-cı il, Saat 11:00-da Qazax Dövlət Dram teatrında görkəmli Azərbaycan şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Şeir kimi ömür” adlı ədəbi-bədii gecə keçiriləcək.Poeziya və ədəbiyyat sevərlər üçün təşkil olunan bu tədbirdə şairin zəngin yaradıcılığına nəzər salınacaq, şeirləri səsləndiriləcək və maraqlı çıxışlar təqdim olunacaq.Hər kəs dəvətlidir!
Oxunub: 98
Xəbəri paylaş
Paylaş:





















