Xatirələrdə yaşayan böyük müəllim - Hüseyin Çəndirli
Çəndirli Hüseyn İsgəndər oğlu, diferensial tənliklər sahəsində mütəxəssis, 1927-ci ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olmuş, natamam orta təhsilini doğma kəndində almış, 1942-ci ildə Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 15 yaşından məktəbdə müəllim kimi çalışmış, 1949-cu ildə ADU-nun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1954-cü ildə həmin fakültənin riyaziyyat bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə ADU-nun funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının aspiranturasına daxil olmuşdur. 1958-ci ildə Bakıda akademik Əşrəf Hüseynovun rəhbərliyilə “Применение метода Фурье к исследованию некоторых нелинейных задач (01.01.02)” mövzusunda namizədlik, 1970-ci ildə Tiflisdə “Смешанная задача для квазилинейных уравнений гиперболического типа (01.01.02.)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Əziz dostlar, martın 20-si istedadlı riyaziyyatçı alim, fizika riyaziyyat elmləri doktoru, professor Hüseyn Çəndirlinin doğum günüdür.Müəllif: Mərdanov Misir Cumayıl oğlu
![]()
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü,
Azərbaycanın sabiq Təhsil naziri,
Fizika-riyaziyyat elmləri doktoru,
Professor
E-mail: misir.mardanov@imm.az





















