AFFA oyunları təxirə salıb
AFFA Gənclər Liqasında II mərhələnin IV və V turunun oyunlarını təxirə salıb. Bu barədə qurumun saytı məlumat yayıb. Qərara səbəb 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təşkil ediləcək təlim-məşq toplanışıdır. Ona görə də 18-19 aprel və 25-26 aprel tarixlərində baş tutması nəzərdə tutulan görüşlər qeyri-müəyyən müddətə təxirə salınıb.
Oxunub: 42
Xəbəri paylaş
Paylaş:





















