Ceyhun Bayramovun ailəsində ağır itki - Foto
Xarici işlər naziri Ceyhun Bayramova itki üz verib. Mediaxeberleri.Az Ölk.az-a istinadən xəbər verir ki, nazirin əmisi oğlu Vidadi Abbasoğlu Bayramov dünyasını dəyişib. Onun bir müddətdir səhhətində yaranan problemlərdən əziyyət çəkdiyi bildirilir. V.Bayramov Şəmkir şəhər qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, mərhum uzun illər Şəmkir şəhərində yerləşən Nəriman Nərimanov adına tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.
Oxunub: 39
Xəbəri paylaş
Paylaş:





















