"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matç başa çatıb. Əvvəlcə autsayderlərdən olan "Qəbələ" öz meydanında "İmişli" ilə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Günün və turun son matçında isə "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Matç Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu mövsüm meydançada yaranan problemlər səbəbindən "Turan Tovuz" ev oyunlarını Bakıdakı "Azərsun Arena"da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi. 12 aprel (bazar) Misli Premyer Liqası 27-ci tur 18:00. “Turan Tovuz” - “Sumqayıt” - 2:1 Qol: Filip Ozobiç, 8 (1:0), Joarlem Santos, 50 (2:0), Rayan Senhadji, 63 (2:1) 15:30. “Qəbələ” - “İmişli” - 0:1 Qol: Dioqo Rollo, 45 10 aprel (cümə) “Karvan-Yevlax” - “Kəpəz” - 4:1 11 aprel (şənbə) “Neftçi” - “Araz-Naxçıvan” - 2:1 “Sabah” - “Zirə” - 2:2 “Şamaxı” - “Qarabağ” - 0:0 Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 18 qol Velko Şimiç (“Sabah”) - 11 qol Bassalu Sambu ("Neftçi") - 10 qol Emin Mahmudov ("Neftçi") - 9 qol Karim Rossi ("Şamaxı") - 9 qol
Tovuz şəhər stadionu
Qəbələ şəhər stadionu





















