Mediaxeberleri.az
    
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)

Son xəbərlər :
  • Fransada tələbələrin etirazları böyüyür: Yeddi min nəfər saxlanıldı
  • Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi
  • Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? - Foto/Video
  • Azərbaycan ideoloji məkanı Türkiyənin "5-ci kolon"undan nə zaman təmizlənəcək?
  • Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
  • Çox içki içənlərin bədəni niyə ağrıyır?
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • Hakan Fidan və Abbas Əraqçi telefonla danışdı
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!
  • “Sabah” – “Slaviya” matçı üçün nəqliyyat planı açıqlandı: Azarkeşlərə vacib xəbərdarlıq
  • Azərbaycanda əhalinin borc yükü artdı
  • Silahla rəftarı bacarmayan erməni hərbçi özünü vurdu
  • Röya: “Qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz: susmamalı, mövqeyimizi ortaya qoymalıyıq”
  • Yetim gəlinin istəyi ölkəni hərəkətə gətirdi: tarixin ən dəbdəbəli toyu keçirildi - VİDEO
  • Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Moskva ilə İrəvan arasında QIRILMA: Əsas mübarizə nəyə görədir?
  • Şövkət Mirziyayev Azərbaycana gəlir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Aprel döyüşlərində adını tarixə yazdıran kapitan Mühüd Orucovun bu gün canını fəda etdiyi torpağa tapşırıldığı gündən 10 il ötür

  • Tarix: 9-04-2026, 18:43

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------

"Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbraıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı

Bəli, ölkə Prezidentinin də dəyərli fikirlərində söylənildiyi kimi, öz qələbəsi, əks-sədası ilə Azərbaycanın hərb tarixinə zəfər bayramı kimi düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim qalibiyyətimiz, zəfər salnaməmizdir. 10 il öncə Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir. Bu döyüş hələ 10 il əvvəl düşmənə ordumuzun gücünü, əsgərlərimizin vətənpərvərliyini, Vətən sevgisini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi. Düşmən anladı ki, Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir. Və bunu 2020-ci ilin İyul döyüşlərində, eləcə də 27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsində də bir daha nümayiş etdirdi. İstər Birinci Qarabağ müharibəsində, istər Aprel döyüşündə, istər İyul döyüşlərində, istər Vətən müharibəsində, istər 2022-ci ilin sentyabr hadisələrində, istərsə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəman oğullarımızın göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğulların qəhrəmanlığı sayəsində haqq savaşında tarixi ədalət bərpa olundu və Azərbaycan 44 günlük savaşda tarixi Zəfər qazandı.

Aprel döyüşləri böyük Qələbəyə olan inamı artırmaqla yanaşı, Silahlı Qüvvələrin şəxsi heyəti üçün böyük təcrübə oldu. Dörd gün ərzində aparılan döyüşlər həm də düşmən mövqelərini və onların potensialını öyrənmək imkanı yaratdı. Əldə edilən təcrübəni Vətən müharibəsində uğurla tətbiq edərək Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı 44 gündə işğaldan azad etdi. Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.

On il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Azərbaycan Bayrağı indi Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

Azərbaycanın hərb tarixinə "4 günlük müharibə” və ya "Aprel döyüşləri” kimi yazılan şanlı tarixi qələbəni bizlərə bəxş edənlər sırasında Qazaxın igid, mərd oğulları da var. Aprel döyüşləri zamanı Qazax rayonunun 3 igid oğlu - Fərəhli kəndinin igid oğlu kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndinin igid oğlu baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndinin igid oğlu əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksələrək Vətənə sadiq olduqlarını bir daha göstərdilər.

Bu gün həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmyerlimiz kapitan Orucov Mühüd Qurban oğlunun yoxluğundan bizləri 10 il ayırır. Aprelin 9-da igid Vətən oğlunun canını fəda etdiyi torpağa tapşırıldığı gündən 10 il ötür.

Bəli, Mühüd qalib çıxdığı bütün döyüşlərlə həmişə sübut edib ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğullarımız var. Şəhidlik adlı zirvəyə ucalmağı özlərinə şərəf və qürur yeri sayan Azərbaycanın igid, cəsur, qeyrətli oğulları, Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını Şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar.

Mühüd Orucov kimi igid Vətən oğullarının göstərdikləri şücaət bir daha onu sübut etdi ki, Aprel döyüşləri bizi Qarabağda böyük qələbəmizə aparan şanlı yolun başlanğıcı oldu. O yolu qət edən igid oğullarımızla bu gün başda Ali Baş Komandan olmaqla hər kəs fəxr edir və bundan sonra da edəcəkdir. Aprel döyüşləri o şanlı qələbədir ki, bu gün də düşmənə sarsıdıcı zərbələr vurur. 10 il öncə vahiməyə düşən düşmən bu gün də o tarixi andan söz düşəndə çəkinir. Çünki düşmən yaxşı bilir ki, Azərbaycanda Mühüd Orucov kimi oğullar hər zaman olub və bundan sonra da olacaqdır. Necə ki, bu gün Mühüdün evində Vüqar və Anar adlı iki əkiz oğul övladı böyüyür.

Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlmişdir.

Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb. 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur.

Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

2016-cı ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə şəhərin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır. 2019-cu il iyulun 17-də "Qazax” Xeyriyyə İctimai Birliyinin və şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, "N” hərbi hissənin şəxsi heyətinin, Həzi Aslanov adına Ordu–İdeoloji və Mədəniyyət Mərkəzinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu – İdeoloji və Mədəniyyət Mərkəzində (Mərkəzi Zabitlər Evi) "Mühüdüm-şəhidim” adlı həmin kitabın təqdimat mərasimi keçirilmişdir.



Oxunub: 843
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:49 | Fransada tələbələrin etirazları böyüyür: Yeddi min nəfər saxlanıldı
    Dünən, 22:40 | Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi
    Dünən, 22:15 | Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? - Foto/Video
    Dünən, 21:03 | Azərbaycan ideoloji məkanı Türkiyənin "5-ci kolon"undan nə zaman təmizlənəcək?
    Dünən, 20:57 | Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək
    Dünən, 20:25 | Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Dünən, 20:21 | Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
    Dünən, 20:14 | Çox içki içənlərin bədəni niyə ağrıyır?
    Dünən, 20:04 | “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    Dünən, 19:59 | Hakan Fidan və Abbas Əraqçi telefonla danışdı
    Dünən, 19:57 | Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Dünən, 19:49 | Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!
    Dünən, 19:45 | “Sabah” – “Slaviya” matçı üçün nəqliyyat planı açıqlandı: Azarkeşlərə vacib xəbərdarlıq
    Dünən, 19:35 | Azərbaycanda əhalinin borc yükü artdı
    Dünən, 19:22 | Silahla rəftarı bacarmayan erməni hərbçi özünü vurdu
    Dünən, 19:19 | Röya: “Qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz: susmamalı, mövqeyimizi ortaya qoymalıyıq”
    Dünən, 19:13 | Yetim gəlinin istəyi ölkəni hərəkətə gətirdi: tarixin ən dəbdəbəli toyu keçirildi - VİDEO
    Dünən, 19:07 | Mərkəzi Banka yeni səlahiyyət verilir
    Dünən, 19:05 | Moskva ilə İrəvan arasında QIRILMA: Əsas mübarizə nəyə görədir?
    Dünən, 18:31 | Şövkət Mirziyayev Azərbaycana gəlir
    Dünən, 16:40 | Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Dünən, 16:18 | Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edildi
    Dünən, 15:59 | Rusiyada Mərkəzi Asiya qazını Avropaya nəql edən kəmərdə partlayış baş verib
    Dünən, 15:58 | Bakıda qadın məsləhətxanaları təmir edilir – 700 mindən artıq vəsait sərf olunacaq
    Dünən, 15:56 | Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - Hadisə anı - VİDEO
    Dünən, 14:09 | AKP-yə yaxın resurslarda Azərbaycana qarşı qərəz...
    Dünən, 13:49 | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc öldü
    Dünən, 13:47 | Bakıda məktəbi yandırmaq istəyən 6 nəfər saxlanıldı
    Dünən, 13:26 | ABŞ və Avropa Ukrayna üçün yeni gizli sülh planı hazırlayır - Detallar
    Dünən, 13:19 | "İmişli" baş məşqçisi ilə niyə qəfil vidalaşdı? - Səbəb məlum oldu
    Dünən, 13:14 | Rusiya bir gecədə bu qədər PUA vurdu
    Dünən, 13:12 | Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb
    Dünən, 13:07 | Saakaşvili Azərbaycanı dəstəklədi, İranı ittiham etdi: “Cəsarətli addımdır!”
    Dünən, 13:01 | “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
    Dünən, 12:55 | Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
    Dünən, 12:51 | Sabahın havası açıqlandı
    Dünən, 12:42 | Hicab və məktəbli forması ilə bağlı müzakirələr - Filosofdan milli dəyərlər və təhsil mesajı
    Dünən, 12:37 | Azərbaycanda avtomobil istehsalı artıb - Foto
    Dünən, 12:09 | Azərbaycan neftinin qiyməti 131 dolları keçdi
    Dünən, 12:07 | Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
    Dünən, 12:03 | Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir
    Dünən, 12:00 | "Azərbaycanla sülh “təməl daşı” olacaq" - Paşinyan
    Dünən, 11:58 | Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı
    Dünən, 11:54 | "Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir" - Donald Tramp
    Dünən, 11:47 | İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto
    Dünən, 11:41 | Aqil Babayevin anasından prezidentə müraciət: “Son ümidimiz Sizədir!”
    Dünən, 11:02 | Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı
    Dünən, 10:53 | Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
    Dünən, 10:40 | Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
    Dünən, 08:36 | Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.