Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri

Son xəbərlər :
  • Cəbrayılda avtomobil aşdı, sürücü öldü
  • Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı
  • Azərbaycana təhqir yağdıranların İP-i... - Sübut edildi
  • Eyni anda bir neçə iş görmək məhsuldarlığı niyə aşağı salır? - Mütəxəssis məsləhəti
  • Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?
  • Trombdan qorunmaq üçün səhərlər bunu edin
  • İsrail qırıcıları İrana doğru... - Hücum, yoxsa “təlim”?
  • Evinin "kupça"sı olmayanlara şad xəbər
  • Fəhlələr pullarını ala bilmirlər - VİDEO
  • Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
  • Qardaşdan gözlənilməyən sözlər: Azərbaycan xalqının incikliyi
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • "Qalatasaray" "Lill" üzərində əzmkar qələbə qazandı - Video
  • Liderlərin qoruduğu qardaşlıq: Azərbaycana qarşı kampaniya kimə xidmət etdi?
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • Bu agentliyə yeni icraçı direktor təyin olundu
  • Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı
  • Uşaqların bağırsaq sağlamlığını belə qoruyun
  • İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək
  • Sabah paytaxtın iki rayonunda qaz olmayacaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Aprel döyüşlərinin qəhrəman şəhidi kapitan Mühüd Orucovun məzarı və ailəsi ziyarət edilib

  • Tarix: 9-04-2026, 11:10

Azərbaycan tarixinə "Aprel döyüşləri” kimi daxil olan dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli qalibiyyət oldu. 10 il öncə Aprel döyüşlərində xain düşmən üzərində qazanılan şanlı Qələbə vaxtilə işğal altında olan tarixi torpaqlarımızın azad olunması istiqamətində atılan həlledici addım oldu. Bu gün Aprel döyüşlərinin onuncu ildönümünü 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmış qalib xalq olaraq qeyd edirik. Bu gün fəxrlə söyləyə bilirik ki, Aprel döyüşləri qələbəmizin başlanğıcı, müstəqil Azərbaycanın şərəf tarixidir. Ərazi bütövlüyümüzün təmin edilməsi yolunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla anırıq.

Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucaldılar.

Bütün şəhidlərimiz kimi kapitan Orucov Mühüd Qurban oğlunun xatirəsi də hər zaman əziz tutulur, rayon rəhbərliyi tərəfindən doğum və anım günlərində məzarı və ailəsi ziyarət olunur. Aprelin 9-u igid Vətən oğlunun uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları Aprel döyüşlərində adını tarixə yazmış şəhid kapitan Mühüd Orucovun şəhadətinin 10-cu ildönümü münasibətilə şəhidimizin doğulub boya-başa çatdığı Fərəhli kəndində olub, igid Vətən oğlunun məzarını və ailəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla anıblar. Qəhrəman şəhidimizin anası mərhum Sima Hacıyevanın məzarını ziyarət edən rayon rəhbərliyi şəhid anasının əziz xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbəri və millət vəkili Vətən müharibəsi şəhidləri, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kəndinin igid oğlu kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun və ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kəndinin igid oğlu əsgər Daşdəmirov Elfak Eltun oğlunun məzarını da ziyarət edərək əziz xatirələrini ehtiramla anıblar.

Şəhidlərimizin ruhuna dua oxunduqdan sonra igid Vətən oğullarının döyüş yolundan söz açılıb, onların daim qəlblərdə yaşadıqları diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkə başçısının da söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Bu qələbəni isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Bildirilib ki, 10 il öncə Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir. Aprel döyüşləri düşmənə ordumuzun gücünü, əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi. Düşmən bir daha anladı ki, Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir. Və bunu 27 sentyabrda başlayıb 10 noyabrda tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Vurğulanıb ki, istər Aprel döyüşündə, istər İyul döyüşlərində, istərsə də Vətən müharibəsində Mühüd Orucov kimi oğullarımızın göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğulların qəhrəmanlığı sayəsində haqq savaşında ədalət bərpa olundu və Azərbaycan bu savaşda tarixi Zəfər qazandı.

Şəhid atası Qurban Orucov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və millət vəkilinə ailəsi adından minnətdarlığını bildirib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəni qürur hissi ilə xatırlayan şəhid atası oğlu Mühüdün, eləcə də bütün şəhidlərimizin qisasının alındığını, ruhlarının şad olduğunu bildirib.

Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə  yüksəlmişdir.

Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla - "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır.

2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır.

Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.

2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur.  

Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır.


Oxunub: 563
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 08:18 | Cəbrayılda avtomobil aşdı, sürücü öldü
    Bu gün, 08:15 | Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı
    Bu gün, 07:55 | Azərbaycana təhqir yağdıranların İP-i... - Sübut edildi
    Bu gün, 07:50 | Eyni anda bir neçə iş görmək məhsuldarlığı niyə aşağı salır? - Mütəxəssis məsləhəti
    Bu gün, 07:48 | Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?
    Bu gün, 07:10 | Trombdan qorunmaq üçün səhərlər bunu edin
    Dünən, 23:34 | İsrail qırıcıları İrana doğru... - Hücum, yoxsa “təlim”?
    Dünən, 23:28 | Evinin "kupça"sı olmayanlara şad xəbər
    Dünən, 23:26 | Fəhlələr pullarını ala bilmirlər - VİDEO
    Dünən, 23:22 | Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
    Dünən, 23:18 | Qardaşdan gözlənilməyən sözlər: Azərbaycan xalqının incikliyi
    Dünən, 23:12 | Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Dünən, 22:37 | "Qalatasaray" "Lill" üzərində əzmkar qələbə qazandı - Video
    Dünən, 21:10 | Liderlərin qoruduğu qardaşlıq: Azərbaycana qarşı kampaniya kimə xidmət etdi?
    Dünən, 20:41 | Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Dünən, 20:39 | Bu agentliyə yeni icraçı direktor təyin olundu
    Dünən, 20:08 | Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı
    Dünən, 20:07 | Uşaqların bağırsaq sağlamlığını belə qoruyun
    Dünən, 20:05 | İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək
    Dünən, 19:45 | Sabah paytaxtın iki rayonunda qaz olmayacaq
    Dünən, 18:48 | Rusiya-Ukrayna müharibəsində yeni müəmma: Sülhə doğru dönüş, yoxsa kapitulyasiya? - Foto
    Dünən, 18:04 | Bu mərkəzdə autizmli uşağın döyülməsi ilə bağlı cinayət işi başlanılıb
    Dünən, 17:30 | Ermənistandan azərbaycanlı çobanın sərhədi keçməsinə rəsmi münasibət
    Dünən, 17:25 | ÇL: Bugünkü oyunlara hansı kanallarda baxaq?
    Dünən, 16:38 | Kirayə mənzil mexanizmindən istifadə şərtləri dəyişdi - 3 il sonra mümkün olacaq
    Dünən, 16:35 | “Nərimanov” metrosunun hər tərəfi qazıldı - Foto
    Dünən, 16:33 | Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü
    Dünən, 16:15 | Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin əziz xatirəsi ehtiramla yad edilib
    Dünən, 15:55 | Azərbaycanlı çoban Ermənistana necə keçib? - TƏFƏRRÜAT
    Dünən, 14:14 | DÖVLƏT İŞİ, YOXSA ÖZƏL SEKTOR?... – Hansında maaş yüksək, gələcək daha etibarlıdır?
    Dünən, 14:11 | Ədliyyə Nazirliyinin idarə rəisi: "Bələdiyyələr potensiallarından düzgün istifadə etmirlər"
    Dünən, 14:08 | Milyonluq mənimsəmə işi: Sabiq rəis və sektor müdirinə ağır cəza istənildi - Foto
    Dünən, 14:02 | Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib
    Dünən, 14:00 | Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi
    Dünən, 13:53 | Naxçıvanda Cavid Ağaməliyev saxlanıldı - FOTO
    Dünən, 13:26 | “QHT işi” üzrə ittiham olunan Zamin Zəki yenidən məhkəmə qarşısında
    Dünən, 13:11 | Rusiyanın qızıl ehtiyatları sürətlə azalır – Səbəb
    Dünən, 13:09 | Noyabrda 5 günlük tətil olacaq
    Dünən, 13:08 | Bakıda milyonluq dələduzluq: şirkət rəhbəri saxlanıldı
    Dünən, 13:07 | Sabah leysan yağacaq
    Dünən, 08:14 | Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT-yə çağırış etdi
    Dünən, 08:08 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Lill"ə, "Arsenal" "Bavariya"ya qarşı
    20-10-2026, 22:36 | "Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Video
    20-10-2026, 21:54 | İmran Əliyevə 12, Elgiz Qəhrəmana isə 11 il iş istənildi
    20-10-2026, 21:52 | Bu yol bağlı olacaq
    20-10-2026, 21:50 | "Sabah" - "Borussiya" matçında ikinci qol - Canlı
    20-10-2026, 20:40 | BP Xəzərdə tikinti işlərinə başladı
    20-10-2026, 20:36 | "Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı
    20-10-2026, 20:34 | Şans birdən onlara tərəf dönəcək: üç BÜRC, çox yaxşı dəyişikliklərə hazır olun
    20-10-2026, 20:20 | Bakıda şadlıq sarayı 12 milyona satışa çıxarıldı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.