Premyer Liqa: "Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edir
Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulacaq. Mediaxeberleri.Az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə autsayderlərdən olan "Qəbələ" öz meydanında "İmişli" ilə qarşılaşacaq. Oyunun start fiti saat 15:30-da veriləcək. Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb. İkinci dövrənin oyununda isə "Qəbələ" rəqibindən üstün olub - 3:2. Günün və turun son matçı Tovuzda olacaq. "Turan Tovuz" doğma meydanında "Sumqayıt"ı qəbul edəcək. Bu mövsüm meydançada yaranan problemlər səbəbindən "Turan Tovuz" ev oyunlarını Bakıdakı "Azərsun Arena"da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi. "Turan Tovuz" bundan əvvəlki hər iki dövrənin oyununda "Sumqayıt"a qalib gəlib - 3:0, 2:1. 12 aprel (bazar) Misli Premyer Liqası 27-ci tur 15:30. “Qəbələ” - “İmişli” 18:00. “Turan Tovuz” - “Sumqayıt” 10 aprel (cümə) “Karvan-Yevlax” - “Kəpəz” - 4:1 11 aprel (şənbə) “Neftçi” - “Araz-Naxçıvan” - 2:1 “Sabah” - “Zirə” - 2:2 “Şamaxı” - “Qarabağ” - 0:0 Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 18 qol Velko Şimiç (“Sabah”) - 11 qol Bassalu Sambu ("Neftçi") - 10 qol Emin Mahmudov ("Neftçi") - 9 qol Karim Rossi ("Şamaxı") - 9 qol
Qəbələ şəhər stadionu
Tovuz şəhər stadionu





















