"İranlılar bu gün yalnız danışıqlar planlaşdırıldığına görə sağdır" - TRAMP
ABŞ Prezidenti Donald Tramp İranın əsas təsir imkanının beynəlxalq su yollarından istifadə olduğunu bildirib. APA xəbər verir ki, bu barədə Tramp "Truth Social" hesabında paylaşım edib. O yazıb ki, iranlılar beynəlxalq su yollarından istifadə etməklə dünyaya qısamüddətli təzyiq göstərməkdən başqa imkanlarının olmadığını anlamır. Tramp əlavə edib ki, İranlılar bu gün yalnız danışıqlar planlaşdırıldığına görə sağdır.
Oxunub: 61
Xəbəri paylaş
Paylaş:





















