Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi artıb
Mediaxeberleri.Az-ın məlumatına görə, ölkə ərazisində yağan intensiv və fasiləsiz yağışlar çayın su rejiminə təsirsiz ötüşməyib. Nəticədə son həftə ərzində çayda suyun səviyyəsi 1,1 metrdən çox qalxıb. Ümumilikdə isə minimum həddən indiyədək Kür çayında suyun artım səviyyəsi 2,1 metrə çatıb. Məlumata görə, mövcud vəziyyət hələlik çay sahili boyunca yerləşən yaşayış məntəqələri üçün birbaşa təhlükə yaratmır.
Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi tədricən artmağa başlayıb.
Oxunub: 79
Xəbəri paylaş
Paylaş:





















