Tərtərdə FACİƏ: 7 yaşlı qız kanalda boğuldu
Tərtər rayonunda 7 yaşlı qız kanalda boğulub. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə aprelin 10-u saat 15 radələrində şəhər ərazisində baş verib. Şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Mustafazadə evlərinin qarşısında olarkən ehtiyatsızlıqdan kanala yıxılıb. Azyaşlı köməksiz vəziyyətdə qaldığından kanalda boğulub. Onun meyiti sudan çıxarılıb. Faktla bağlı araşdırmalar aparılır.
Oxunub: 51
Xəbəri paylaş
Paylaş:





















