Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
  • Babək Quliyev UEFA-dan təyinat alıb
  • Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayrağımız - FOTO
  • Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir
  • Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
  • Elnarə belə arıqlayır
  • "Ucuz dönər"ə görə kütləvi iğtişaşlar başladı
  • Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
  • Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
  • Füzuli Rzaquliyev vəfat edib
  • Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
  • Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
  • Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
  • Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
  • "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
  • Prezident sərəncam imzaladı
  • İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
  • Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
  • Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

ABŞ–İRAN DANIŞIQLARI NƏTİCƏSİZ BAŞA ÇATDI - Vaşinqton və Tehran bir-birini ittiham edir (YENİLƏNİR)

  • Tarix: 12-04-2026, 12:43

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda ABŞ və İran arasında İslamabad şəhərində keçirilən birbaşa danışıqlar gözlənilən nəticəni vermədi. Təxminən 21 saat davam edən intensiv müzakirələrə baxmayaraq tərəflər razılığa gələ bilmədi və proses qarşılıqlı ittihamlarla başa çatdı.

"AzPolitika" xəbər verir ki, ABŞ-ın mövqeyini açıqlayan vitse-prezident Cey Di Vens danışıqların yekununa münasibət bildirərək qeyd edib: “21 saatdır bu məsələ üzərində işləyirik və iranlılarla bir sıra mühüm görüşlər keçirmişik. Bu yaxşı xəbərdir. Pis xəbər isə razılığa gələ bilməməyimizdir. Məncə, bu vəziyyət ABŞ-dan çox İran üçün pis xəbərdir.”

O, əlavə olaraq vurğulayıb ki, əsas problem İranın nüvə proqramı ilə bağlıdır: “Həqiqət budur ki, İranın nüvə silahı əldə etməyəcəyinə və bu istiqamətdə heç bir vasitə axtarmayacağına dair qəti öhdəlik görməliyik… Hələlik belə bir təminat görmürük.”

Vens bildirib ki, ABŞ tərəfi öz “son və ən yaxşı təklifini” təqdim edərək danışıqlardan ayrılıb və bundan sonrakı addım İranın qərarından asılı olacaq.

İran tərəfi isə danışıqların uğursuzluğuna fərqli yanaşma sərgiləyib. İran mediasında yayılan məlumatlarda qeyd olunur ki, razılaşmanın əldə olunmamasının əsas səbəbi ABŞ-ın “həddindən artıq tələbləri” olub. Xüsusilə Hürmüz boğazı, nüvə materiallarının ölkə xaricinə çıxarılması və sanksiyalar kimi məsələlərdə ciddi fikir ayrılığı yaranıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə prosesi daha geniş kontekstdə qiymətləndirərək bildirib: “Bu görüşlər ABŞ və İsrailin son 9 ayda ikinci dəfə başlatdığı və 40 gün davam edən müharibədən sonra, güvənsizlik və şübhə mühitində keçirildi. Buna görə də bir görüşdə razılığa gəlməmək təbiidir. Onsuz da heç kim belə bir nəticə gözləmirdi.”

O, həmçinin qeyd edib ki, əlavə regional məsələlərin müzakirəyə çıxarılması prosesi daha da çətinləşdirib.

Tehran rəsmiləri ABŞ-ın mövqeyinə birbaşa cavab verərək bildiriblər ki, diplomatik prosesin uğuru qarşı tərəfin davranışından asılıdır: “Bu diplomatik prosesin uğuru qarşı tərəfin ciddiyyətindən və xoş niyyətindən, həddindən artıq və qanunsuz tələblərdən çəkinməsindən və İranın qanuni hüquqlarını qəbul etməsindən asılıdır.”

Danışıqların nəticəsiz qalması ilə paralel olaraq bölgədə hərbi ritorika da güclənməkdə davam edir. 

İran hərbi strukturları da Hürmüz boğazı ilə bağlı sərt xəbərdarlıq edib. Rəsmi açıqlamada qeyd olunur ki, hərbi gəmilərin keçidinə qarşı qəti tədbirlər görüləcək və bu məsələdə kompromisə yer yoxdur.

Bütün bunlar göstərir ki, İslamabad danışıqları yalnız diplomatik uğursuzluq deyil, həm də regionda daha genişmiqyaslı qarşıdurma riskinin artdığını göstərən ciddi siqnaldır. ABŞ və İran arasında dərin etimadsızlıq qalmaqda davam edir və tərəflərin mövqelərində yaxınlaşma müşahidə olunmur.

Mövcud vəziyyətin davam etməsi isə Yaxın Şərqdə yeni hərbi eskalasiya ehtimalını artırmaqla yanaşı, qlobal enerji bazarlarına və beynəlxalq təhlükəsizlik sisteminə də ciddi təsir göstərə bilər.

"AzPolitika.info"

***

ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İran nümayəndə heyəti ilə nəticəsiz başa çatan danışıqlardan sonra Pakistandan ayrılıb.

"Report"un məlumatına görə, bu barədə vitse-prezidentin mətbuat xidməti məlumat yayıb.

"Flight Radar" servisinin məlumatına əsasən, "İki nömrəli bort" Pakistanın hava məkanını Tacikistan üzərindən tərk edib.

Bundan əvvəl Vens bəyan etmişdi ki, Vaşinqton və Tehran İslamabadda keçirilən danışıqların yekununda razılığa gələ bilməyib.

"İranlılarla bir sıra məzmunlu müzakirələr apardıq. Bu, yaxşı xəbərdir. Pis xəbər ondan ibarətdir ki, biz razılığa nail ola bilmədik... Bizə onların nüvə silahı yaratmağa çalışmayacaqlarına və onlara tez bir zamanda nüvə silahı yaratmağa imkan verəcək vasitələri əldə etmək cəhdlərindən çəkinəcəklərinə dair qəti zəmanət lazımdır. Sual ondan ibarətdir: biz onların təkcə indi və ya iki ildən sonra deyil, uzunmüddətli perspektivdə nüvə silahı hazırlamamağa hazır olduqlarını görürükmü? Biz bunu görmədik və hələ də görməyə ümid edirik", - o bildirib.

***

Pakistanın paytaxtı İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb.

Bu barədə "Report" İranın Dövlət Televiziyasına (IRIB) istinadən xəbər verir.

"İran və ABŞ-nin nümayəndə heyətləri Pakistan rəsmilərinin vasitəçi kimi iştirakı ilə İslamabadda üçtərəfli danışıqların yeni raunduna başlayıblar", - məlumatda deyilir.

Daha əvvəl ekspertlər səviyyəsində və dar tərkibdə görüşlər keçirilib.

IRIB qeyd edib ki, bu, danışıqlar raundu çərçivəsində ümumi anlaşmaya nail olmaq üçün "son şans"dır.

***

11 aprel, 22:05

İran və ABŞ nümayəndə heyətləri arasında İslamabadda keçirilən danışıqlar daha bir gün uzadıla bilər.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyinin müxbiri danışıqların keçirildiyi yerdən məlumat yayıb.

Dəqiqləşdirilib ki, bu məsələ üzrə yekun qərar hələ qəbul edilməyib.

"Ümumi məsləhətləşmələrdən sonra İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar texniki detalların müzakirəsi ilə davam edib. Danışıqların bir gün üçün planlaşdırılmasına baxmayaraq, ekspertlər səviyyəsindəki müzakirələr üçün onların daha bir gün uzadılması ehtimalı var", - məlumatda qeyd olunub.

"Reuters" Pakistan mənbəsinə istinadən qeyd edib ki, danışıqlar iki saat davam edib, bundan sonra nümayəndə heyətləri fasiləyə çıxıb. Agentlik qeyd edib ki, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens, xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşner İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf, XİN rəhbəri Abbas Əraqçi vəPakistan ordusunun qərargah rəisi Asim Munirlə birbaşa danışıqlar

***

CNN-in məlumatına görə, ABŞ və İran rəsmiləri arasında keçirilən danışıqlar bu dəfə birbaşa formatda baş tutur.

İran mənbələri CNN-ə bildiriblər ki, İslamabadda aparılan sülh danışıqları tərəflər arasında üzbəüz görüşlər şəklində həyata keçirilir.

Daha əvvəl isə müzakirələrin vasitəçilər üzərindən aparılıb-aparılmayacağı ilə bağlı qeyri-müəyyənlik mövcud idi.

ABŞ rəsmisi və regional mənbə yüksək riskli danışıqların həm birbaşa, həm də dolayı formatda keçiriləcəyini bildirmişdi.

Qeyd olunur ki, əvvəlki mərhələlər, əsasən, Omanın vasitəçiliyi ilə dolayı danışıqlar şəklində aparılıb, lakin ötən yaz nüvə müzakirələri zamanı bəzi birbaşa təmaslar da baş tutmuşdu. (“Qafqazinfo”)

***

28 fevralda ABŞ-İsrail hücumları ilə başlayan müharibədə 8 apreldə əldə edilən müvəqqəti atəşkəsdən sonra Tehran və Vaşinqton Pakistanda daimi atəşkəs üçün danışıqlara başlayıblar.

Pakistan mənbələri bildiriblər ki, ABŞ və İran arasında danışıqlar Pakistan vasitəçiləri vasitəsilə başlayıb.

Mənbələr qeyd ediblər ki, tərəflər Pakistan rəsmiləri ilə birbaşa danışıqlardan əvvəl “məsələləri həll etmək” üçün İslamabaddakı bir hoteldə Pakistan nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşüblər.

Bir mənbə bildirib ki, “İki nümayəndə heyətinin nə vaxt üz-üzə görüşəcəyini hazırda deyə bilmərəm. Onlar hazırda Pakistan rəsmiləri ilə görüşürlər”.

İslamabad danışıqlarına İran tərəfindən Parlament sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir.

Danışıqlarda xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının baş katibi Əli Əkbər Əhmədiyan və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati də daxil olmaqla, böyük bir İran nümayəndə heyəti iştirak edir.

ABŞ tərəfinə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edir. ABŞ nümayəndə heyətinə həmçinin Prezident Donald Trampın kürəkəni Cared Kuşner və Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff daxildir.

Vasitəçi kimi çıxış edən Pakistanı Baş nazir Şahbaz Şərif, Xarici İşlər naziri İshaq Dar və Ordu Qərargah rəisi, general Asim Munir təmsil edir.

Danışıqlardan əvvəl həm İran, həm də Amerika nümayəndə heyətləri Pakistanın Baş naziri Şəriflə ayrı-ayrı görüşlər keçiriblər.



Oxunub: 419
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:35 | Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
    Bu gün, 17:31 | Babək Quliyev UEFA-dan təyinat alıb
    Bu gün, 17:27 | Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayrağımız - FOTO
    Bu gün, 17:20 | Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir
    Bu gün, 16:29 | Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
    Bu gün, 16:25 | Elnarə belə arıqlayır
    Bu gün, 16:19 | "Ucuz dönər"ə görə kütləvi iğtişaşlar başladı
    Bu gün, 16:15 | Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
    Bu gün, 16:11 | Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
    Bu gün, 16:06 | Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 16:00 | Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
    Bu gün, 15:52 | Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
    Bu gün, 15:48 | Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
    Bu gün, 14:55 | Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
    Bu gün, 14:51 | Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
    Bu gün, 14:46 | "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
    Bu gün, 14:40 | Prezident sərəncam imzaladı
    Bu gün, 14:15 | İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
    Bu gün, 14:10 | Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
    Bu gün, 13:59 | Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
    Bu gün, 13:43 | Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 10:13 | Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
    Bu gün, 09:04 | Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
    Bu gün, 01:32 | Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
    Bu gün, 01:00 | "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
    Bu gün, 00:00 | Azərbaycanda Dövlət Bayrağı Günüdür
    Dünən, 20:36 | Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
    Dünən, 20:22 | İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
    Dünən, 20:13 | Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
    Dünən, 19:59 | Zəfər Günü İzmirdə də qeyd edildi
    Dünən, 19:56 | Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
    Dünən, 19:54 | Onlar Ermənistanın düşmənidir - Rubinyan
    Dünən, 19:50 | Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
    Dünən, 19:48 | Fransanın orada olacağı şübhəsizdir - Barro
    Dünən, 19:46 | Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
    Dünən, 16:34 | "Ağstafa Gəncləri" “Şəmkir” səfərindən üç xalla qayıdır
    Dünən, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    Dünən, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    Dünən, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    Dünən, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    Dünən, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    Dünən, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    Dünən, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Dünən, 10:33 | Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
    Dünən, 10:31 | Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
    Dünən, 00:03 | Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    7-11-2026, 23:40 | Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
    7-11-2026, 23:36 | Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
    7-11-2026, 23:34 | Ronaldonun Messiyə jestləri cavabsız qaldı
    7-11-2026, 23:31 | Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.