Astarada ağır qəza - Ölən var
Astarada yol qəzası baş verib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb. Astara sakini 1992-ci il təvəllüdlü Cəsarət Əliyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi, rayon sakini 1965-ci il təvəllüdlü Kamran Məmmədovun idarə etdiyi "Mercedes-190" markalı maşınla toqquşub. Qəza nəticəsində K.Məmmədov hadisə yerində ölüb. "Niva"nın sürücüsü və maşında olan Astara sakini 1991-ci il təvəllüdlü Fail Qüdrətov xəsarətlə Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Müayinədən sonra onlar Lənkəran rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub: 44
Xəbəri paylaş
Paylaş:





















