Azərbaycan neftinin qiyməti 98 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2,34 dollar və ya 2,33% azalaraq 97,77 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
 
 
Oxunub: 300
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















