Separatçıların daha bir generalı tutuldu - TƏFƏRRÜAT
Həkəri körpüsünün yaxınlığında azərbaycanlılar "Qarabağın Milli Təhlükəsizlik Xidmətinin direktoru" Ararat Melkumyanı həbs ediblər Mediaxeberleri.Az xəbər verir ki, Melkumyan Azərbaycanın Qarabağ bölgəsində ləğv edilmiş xuntanın qondarma "təhlükəsizlik xidmətinin rəhbəri" olub. O, bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin birinci ordu korpusunun komandiri və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Cəbrayıl rayonundakı işğalçı qüvvələrinin IX müdafiə rayonunun komandiri olub. Ararat Melkumyan general-mayor hərbi rütbəsinə malikdir. Hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur.
Oxunub: 231
Xəbəri paylaş
Paylaş: