TDT Naxçıvan Bəyannaməsi ilə bağlı paylaşım edib
Türk Dövlətləri Təşkilatı (TDT) birliyin qurucu razılaşması olan 2009-cu ildə qəbul edilmiş Naxçıvan Bəyannaməsinin ildönümü ilə bağlı paylaşım edib. Mediaxeberleri.Az xəbər verir ki, TDT-nin mətbuat xidməti sosial şəbəkədə qeyd edib: “Türk Dövlətləri Təşkilatının qurucu razılaşması olan Naxçıvan Bəyannaməsinin 14-cü ildönümü və bu münasibətlə elan edilən 3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlığı Günümüz mübarək olsun! Biz birlikdə daha güclüyük!”. Qeyd edək ki, Naxçıvan Bəyannaməsi 2009-cu il oktyabrın 3-də IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran sənəddir.
Oxunub: 224
Xəbəri paylaş
Paylaş: