Naftalanda Tibbi xidmətin keyfiyyəti ilə bağlı müzakirələr aparıldı - FOTO
Naftalan şəhərində fəaliyyət göstərən bir qrup hotel və müalicə-sağlamlıq mərkəzlərinin rəhbərləri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əməkdaşları arasında “Nafta” müalicə mərkəzində dəyirmi masa təşkil olunub. Mediaxeberleri.Az xəbər verir ki, görüşdə ETTBİ-nun direktoru t.e.d. Mətanət Əfəndiyeva, Elmi işlər üzrə direktor müavini t.ü.f.d. Sevinc Rzayeva, Naftalan müalicə şöbəsinin müdiri t.ü.f.d. Nizami Nəbiyev, ŞİHB-nin müavinləri, hotel və müalicə mərkəzlərinin rəhbərləri və digər məsul əməkdaşlar iştirak edib. Dəyirmi masa ətrafında bugün Naftalanda fəaliyyət göstərən hotel və müalicə-sağlamlıq mərkəzlərində aparılan tibbi xidmətin keyfiyyətindən, yeni müasir avadanlıqlarla aparılan fizioterapiya qaydalarından, naftalan nefti ilə aparılan müalicə üsullarından həmçinin, ixtisaslı peşəkar kadrların hazırlanması mövzusunda müzakirələr aparıldı.
Qeyd edək ki, bu mövzuda tədbirlər mütəmadi olaraq aidiyyatı qurumlar tərəfindən təşkil olunacaqdır.