Vilayət Həsənov vəzifəsindən azad edildi
Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin direktoru Vilayət Həsənov vəzifəsindən azad edilib. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb. Hələlik Vilayət Həsənovun yerinə təyinat yoxdur. Qeyd edək ki, o, 2023-cü ildə bu vəzifəyə təyinat almışdı.
Oxunub: 137
Xəbəri paylaş
Paylaş: