Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept
  • “Dünya” qəzetinin sahibi barəsində QƏRAR
  • Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir? - Foto
  • Azərbaycanda bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat
  • Üç gündə Rusiyaya dəyən zərər: 33 milyon ton neft...
  • Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
  • Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...
  • KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNAN İCRA BAŞÇILARI - Kim nə qədər cəza alıb? + SİYAHI
  • Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
  • Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
  • TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
  • 2-ci Liqa: "Ağstafa Gəncləri" “Şəki”ni darmadağın etdi - Video
  • Zərdüşt Əlizadənin bacısı vəfat etdi
  • “Neftçi” liderliyə yüksəldi
  • Putin-Tramp-Szinpin görüşü olmayacaq - Bovt
  • Media və Yayım Şurasından jurnalistlərə qarşı hücumlarla bağlı BƏYANAT
  • "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
  • 30 illik media salnaməsi: Mətbuat Şurası “Şərq”in xidmətlərini önə çəkdi
  • Üç gündə Rusiyanın neft emalı gücünün 10 faizi sıradan çıxarıldı
  • “Qalatasaray” vitse-prezidenti istefa verdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

20 Yanvar – xalqımızın azadlıq mübarizəsinin rəmzi

  • Tarix: 17-01-2025, 13:18

20 Yanvar Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən birini əks etdirən tarixdir. Bu, həm də xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış şanlı qəhrəmanlıq səhifəsidir. Məlumdur ki, keçmiş SSRİ-nin çöküş ərəfəsində xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi. Və SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat Sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Bu fakt, eyni zamanda, keçmiş SSRİ-nin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəkləməsinə növbəti dəfə dəlalət edirdi.

35 il əvvəl törədilmiş bu qətliam, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. O da qeyd olunmalıdır ki, Sovet ordusunun cinayətləri təkcə həmin gecə ilə məhdudlaşmadı və hələ bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Bu faciənin miqyasının geniş olması üçün SSRİ rəhbərliyi öncədən müəyyən addımlar atmışdı. Belə ki, təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından radio və televiziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də nəşr olunmurdu. Mərkəzi mətbuat və televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Nəticədə görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar informasiyasız və köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdılar.

Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı 2 milyona yaxın insanın iştirakı ilə yanvarın 22-də paytaxtın Azadlıq meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Bütün bu hadisələr fonunda Azərbaycanın müstəqilliyi ideyası ümummilli amala çevrildi. Bu amal uğrunda xalqımızın müstəqillik uğrunda mübarizəsi daha geniş vüsət alaraq məntiqi sonluğuna çatdı.

Ümumiyyətlə, 20 Yanvar hadisəsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda Sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Belə ki, dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Bu təşkilatlanma prosesi zamanı qanlı yanvarla bağlı həqiqətlər müxtəlif ölkələrin ictimaiyyətinə çatdırıldı, həmçinin soydaşlarımızın müstəqillik ideyaları ətrafında daha sıx birləşməsini şərtləndirdi. Belə ki, çox keçmədən xalqımızın müstəqillik ideyası ətrafında sıx birləşməsi Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə nəticələndi.

Xüsusi vurğulanmalıdır ki, 20 Yanvar qətliamının törədilməsindən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu cinayətə qarşı etiraz səsini ucaltdı, bəyanatla çıxış edərək baş verən hadisəni hüquqazidd, demokratiyaya yad və humanizm prinsiplərinin əleyhinə olan əməl kimi qiymətləndirdi. Bu cəsur hərəkəti ilə ulu öndər Heydər Əliyev ən çətin anda təkcə xalqının yanında olmadı, eyni zamanda, informasiya blokadasının yarılmasında, Azərbaycanda baş verən qanlı hadisələrin dünyaya çatdırılmasında müstəsna rol oynadı.

1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə məhz ümummilli lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi. Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamentində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. Ulu öndərimiz Heydər Əliyevin xalqımızın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı siyasəti bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə qayğı göstərilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsinin qurbanları da istisna deyil. Dövlət başçısı tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atılır.

Beləliklə, 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf yolunda addımlayan, Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələri fəth edən, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müasir müstəqil Azərbaycan dövləti hazırda dünyanın ən nüfuzlu ölkələri sırasındadır. Hər bir vətəndaş öz güclü dövləti ilə fəxr edir, müstəqilliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu isə şaddır!


Oxunub: 323
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 09:06 | Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept
    Bu gün, 09:04 | “Dünya” qəzetinin sahibi barəsində QƏRAR
    Bu gün, 09:01 | Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir? - Foto
    Bu gün, 08:57 | Azərbaycanda bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat
    Bu gün, 08:53 | Üç gündə Rusiyaya dəyən zərər: 33 milyon ton neft...
    Bu gün, 08:51 | Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
    Bu gün, 07:54 | Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...
    Dünən, 22:01 | KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNAN İCRA BAŞÇILARI - Kim nə qədər cəza alıb? + SİYAHI
    Dünən, 21:51 | Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
    Dünən, 21:45 | Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
    Dünən, 20:31 | TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
    Dünən, 18:18 | 2-ci Liqa: "Ağstafa Gəncləri" “Şəki”ni darmadağın etdi - Video
    Dünən, 18:01 | Zərdüşt Əlizadənin bacısı vəfat etdi
    Dünən, 17:56 | “Neftçi” liderliyə yüksəldi
    Dünən, 16:23 | Putin-Tramp-Szinpin görüşü olmayacaq - Bovt
    Dünən, 16:22 | Media və Yayım Şurasından jurnalistlərə qarşı hücumlarla bağlı BƏYANAT
    Dünən, 16:21 | "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
    Dünən, 16:20 | 30 illik media salnaməsi: Mətbuat Şurası “Şərq”in xidmətlərini önə çəkdi
    Dünən, 16:19 | Üç gündə Rusiyanın neft emalı gücünün 10 faizi sıradan çıxarıldı
    Dünən, 16:17 | “Qalatasaray” vitse-prezidenti istefa verdi
    Dünən, 16:15 | Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək
    Dünən, 16:03 | DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
    Dünən, 15:54 | Ağstafada məktəbin həyətində qəza baş verib - FOTO
    Dünən, 14:10 | Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
    Dünən, 14:03 | Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR
    Dünən, 14:01 | Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri
    Dünən, 12:53 | Erməni ordusunda on ayda 17-ci ölüm hadisəsi – Daha bir əsgər güllələnib
    Dünən, 12:45 | Bakıda daha bir jurnalistə hücum edildi - Video
    Dünən, 12:36 | Bakıda daha bir jurnalistə hücum edildi - Video
    Dünən, 12:35 | Qəhrəman şəhidlərimizin unudulmaz xatirəsi hər zaman böyük ehtiram və dərin minnətdarlıq hissi ilə yad olunur
    Dünən, 12:20 | Azərbaycanda bəzi kolleclər ləğv olunur? - Foto
    Dünən, 12:19 | Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib
    Dünən, 12:10 | Göygöldə qəzada dörd nəfər xəsarət aldı
    Dünən, 12:01 | VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    Dünən, 11:44 | Yer kürəsində qəfil maqnit qasırğası başladı
    Dünən, 11:21 | “Neftçi” “Şamaxı” sınağında
    Dünən, 11:00 | Salyanda ağır qəza: ölənlər var
    Dünən, 10:59 | Ukrayna daha bir neft emalı zavodunu vurdu
    Dünən, 10:33 | Soğan niyə bahadır? - VİDEO
    Dünən, 10:32 | Almaniyada etiraz aksiyalarına 100 mindən çox insan qatılıb
    Dünən, 10:31 | Türkiyə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qüvvəyə mindi
    Dünən, 10:29 | Bakıda kombinatda yanğın baş verdi - Video
    Dünən, 09:33 | Ermənistanda hərbçinin meyiti tapıldı
    Dünən, 09:23 | Bu gün hava necə olacaq?
    Dünən, 09:15 | Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
    Dünən, 09:12 | Payız xəstəliklərindən qorunmaq üçün nələr edilməlidir?
    Dünən, 09:08 | “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
    Dünən, 09:01 | Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi
    Dünən, 08:57 | Tramp və Putinin növbəti görüşü ilə bağlı mühüm müzakirə: Detallar bəlli oldu
    Dünən, 08:54 | Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.