Pilotun bunu etməsi möcüzədir! – Şepard
Əgər təyyarə vurulubsa, kiminsə sağ qalması möcüzədir. Mediaxeberleri.Az xəbər verir ki, bunu “Boinq” təyyarələrinin təlim kapitanı, aviasiya eksperti Ceyms Şepard bildirib. “Əgər təyyarə vurulubsa - quyruğundakı qəlpə zədələnməsinə əsasən belə görünür - o zaman uçuş heyətinin onu havada və uzun müddət nəzarət altında saxlaması heyrətamizdir. Kiminsə sağ qalması isə möcüzədir”, - o bildirib. Qeyd edək ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktauda qəzaya düşüb. Qəza nəticəsində göyərtədə olan 67 sərnişin və ekipaj üzvündən 29 nəfər sağ qalıb. Quyruğundakı dəliklər təyyarənin qəlbədən zədələndiyi haqda ehtimal yaradıb.
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: