Qəzada daha bir Azərbaycan vətəndaşı sağ qalıb - Kimliyi müəyyənləşdi
Qazaxıstan istintaq orqanları Aktauda sağ qalan iki qadının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparıb. Mediaxeberleri.Az xəbər verir ki, onlardan birinin Azərbaycan vətəndaşı olduğu müəyyən edilib, ikinci qadının kimliyi isə məlum deyil. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Sağ qalan sərnişinlərdən 12 nəfər bu gün Azərbaycana gətiriləcək.
Oxunub: 83
Xəbəri paylaş
Paylaş: