İmmunitet və beyin üçün - 5 faydalı çay
Ufa alimləri qışda bədəni və immuniteti möhkəmləndirən bu çayları rasiona daxil etməyi tövsiyə edir. Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, Ufa Klinik Xəstəxanasının həkimləri müalicəfi çayların 5-liyini açıqlayıb. 1. Yaşıl çay – ürək-damar, təzyiq problemlərini azaldır, bədəni zərərli toksin və radikallardan təmizləyir, stresə davamlı edir. Antioksidant çaydır. 2. Çobanyastığı çayı – nənələrin və həkimlərin sevimli çayı. Sinirləri sakitləşdirir, yuxu gətirir, oksidləşdirici streslə mübarizə aparır, immuniteti qaldırır. 3. Nanə çayı – psixoloji rahatlıq gətirir, spazmı götürür, damaq, dişləri müalicə edir. 4. Zəncəfil çayı – qan dövranını yaxşılaşdırır, isidir, təmizləyir 5. İtburnu çayı – bədənin tonusunu yaxşılaşdırır, böyrəkləri təmizləyir, C vitamini ilə zəngindir. Qışda hər həftə bu çaylardan birini için, sonra fasilə verin.