İsrail Türkiyənin NATO-dan çıxarılmasını istədi
İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təhlükəli bəyanatlar verdiyini deyərək Türkiyənin NATO-dan çıxarılmasını istəyib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İsrail və Türkiyə KİV-ləri yazıb. “Türkiyə Prezidenti Ərdoğanın İsraili işğal etmək təhdidləri və onun təhlükəli ritorikası fonunda, xarici işlər naziri İsrail Katz bütün diplomatlara Türkiyənin qınanması və ittifaqdan çıxarılması tələbi ilə NATO üzvləri ilə təcili olaraq təmasa keçmələri barədə təlimat verib”, - deyə bildirilib.
Oxunub: 185
Xəbəri paylaş
Paylaş: