"Zirə" səfərdə "Şerif"i üstələdi
Bu gün "Zirə" Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununu keçirdi. Mediaxeberleri.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçilik etdiyi komanda Moldova "Şerif"i ilə üz-üzə gəlib. Rəqibin adını daşıyan stadionda keçiriləcək oyunu isveçrəli referi Alessandro Dudiç idarə etdi. Görüş Bakı vaxtı ilə saat 21:00-da başladı. Bu komandalar arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək. "Zirə" "Şerif"i Bakıda da üstələsə, 2-ci mərhələdə “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. “Qartallar” mərhələ adlasa, 2-ci təsnifatda birinci oyunu Bakıda keçirəcək. 11 iyul Avropa Liqası 1-ci təsnifat mərhələsinin ilk oyunu 21:00. "Şerif" - "Zirə" - 0:1 Qol: David Volkov, 88 Baş hakim: Alessandro Dudiç, Paskal Hirzel, Susann Küng, Anojen Kanaqasinqam (İsveçrə) "Şerif" stadionu