Keyn rekord qırdı
İngiltərə yığmasının hücumçusu Harri Keyn Avropa çempionatının pley-off mərhələsinin ən yaxşı bombardiri olub. Mediaxeberleri.Az xəbər veirr ki, 30 yaşlı forvard buna Avro-2024-ün yarımfinalı çərçivəsində baş tutan Niderland ilə matçda (2:1) 18-ci dəqiqədə penaltidən fərqlənməklə nail olub. Kanenin AÇ-lərin pley-off mərhələsində qol sayı 6-a yüksəlib. O, 5 qol vuran Fransa millisinin üzvü Antuan Qrizmannı üstələyərək rekord qırıb. Qeyd edək ki, İngiltərə millisi Avro-2024-ün iyulun 14-də baş tutacaq finalında İspaniya ilə qarşılaşacaq.
Oxunub: 299
Xəbəri paylaş
Paylaş: