Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
  • "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
  • Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
  • Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
  • İlham Əliyev dəyirmi masada iştirak etdi
  • Çox çay içənlərin diqqətinə!
  • ML: Türkiyə və Fransa məğlub oldu
  • İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
  • Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
  • Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
  • Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
  • ABŞ-da neft hasilatı rekord həddə çatdı
  • Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
  • Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
  • Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
  • KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
  • Tramp Meksikanı hədələdi
  • Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
  • Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
  • İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qədim tarix, müxtəlif dad, əsl ləzzət

  • Tarix: 22-06-2024, 23:41

Pivə bəşər tarixində ən qədim spirtli içkilərdən biri sayılır. Bu içki əsrlər boyu dəyişmiş zəngin tarixə və mədəni əhəmiyyətə malikdir. İstehsalına qədim dövrlərdən başlanan pivəhaqqında ilk qeyd eramızdan əvvəl 5-ci minilliyə aiddir. Tarixi mənbələrə görə pivə Mesopotamiyada və Qədim Misirdə qidalanmanın vacib elementi olmaqla yanaşı, dini ayinlərdə və gündəlik həyatda da əsas rol oynayırdı. Qədim Misirdə pivə o qədər qiymətli idi ki, hətta əməyin ödənişi müqabilində ödənişvasitəsi kimi pivədən istifadə edilirdi. Mesopotamiyada ilahə Nisaba pivə istehsalının hamisi hesab olunurdu. Avropa isə pivə ilə Roma İmperiyasının genişlənməsi nəticəsində tanış oldu, ildən-ilə köhnə qitədə bu içkiyə tələbat artdı.

(Mesopotamiya pivə rasionu tableti. Britaniya Muzeyi. London.
@ Osama Shukir Muhammed Amin)

Ən məşhur içki

Hazırda pivə bir çox ölkələr və regionların içki mədəniyyətinə dərin kök salıb. Pivə istehlakı ilə bağlı ənənələr və adətlər müxtəlif və unikaldır. Adambaşına illik 142 litr pivənin istehlak olunduğu Çexiyada pivə muzeyi fəaliyyət göstərir. İl ərzində adambaşına 104 litr pivənin içildiyi Almaniyada “Oktoberfest” adlanan pivə festivalına dünyanın müxtəlif ölkələrindən milyonlarla insan Bavar pivəsi dadmağa gəlir. Dünyada pivə ilə bağlı özəl günlər bununla yekunlaşmır. ABŞ-da “Milli pivə günü” qeyd edilirsə, Yaponiyada hər il “BeerFes” qeyd olunur. Bəzi ölkələrdə milli adət və ənənələrin ayrılmaz tərkib hissəsi olan pivə dünyada da ən məşhur spirtli içkilərdən biri hesab olunur. Hesablamalara görə hər il dünyada 190 milyard litr pivə istehlak edilir. Avropa ölkələri, xüsusilə Çexiya, Almaniya və Avstriya adambaşına pivə istehlakının ən yüksək olduğu ölkələrdəndir. Avropa və Şimali Amerika ənənəvi olaraq ən çox pivə istehlak edən regionlar olsa da, son illərdə Asiya və Latın Amerikasında pivənin istehlakında sürətli artım müşahidə edilir. Məhz bu səbəbdəndir ki, 2000-2020-ci illərdə qlobal pivə istehlakı 20% artıb. Araşdırmalara görə 2024-cü ildə ticarət obyektləri 19 milyard ABŞ dolları məbləğində pivə satıb, kafe və restoranlarda isə 18,2 milyard dollarlıq pivə içilib. Mütəxəssislər dükan və marketlərdə pivə satışının hər il orta hesabla 7% artacağını proqnozlaşdırır.

(Oktoberfest © FooTToo / Getty)

“Narıncı qızıl”

Azərbaycanda “Narıncı qızıl” adlandırılan pivə populyar alkoqollu içkilərdən biridir. 1868-ci ildə Göygöldə alman Forer qardaşlarının zavod inşa etməsi ilə ölkəmizdə pivəninistehsalına başlanıb. Azərbaycan bazarının inkişaf perspektivlərinin nikbin qiymətləndirilməsi, əlverişli investisiya mühiti, tələbatın çoxalması öz növbəsində ölkəmizdə pivə istehsalının artmasına rəvac verib. Ölkədə həyata keçirilən dinamik iqtisadi inkişaf xətti, həmçinin xarici investisiyaların uğurlu tətbiqi üçün yaradılmış əlverişli şərait dünyanın bir çox tanınmış şirkətlərini Azərbaycana sərmayə yatırmağa sövq edir. Dünyanın ən böyük pivə istehsalçılarından olan Carlsberg Group-un Azərbaycan bazarına marağı, yeni istehsal xətlərinin açılması, eləcə də bir sıra digər yerli istehsalçıların fəaliyyəti nəticəsində son 28 ildə ölkəmizdə pivə istehsalı 21 dəfə artırıb. 1995-ci ildə Azərbaycanda pivə istehsalı 223 min dkl idisə, 2023-cü ildə bu göstərici 5 mln. 264 min dkl, başqa sözlə 52 mln. 640 min litrə yüksəlib. Təkcə 2022-ci illə müqayisədə 2023-cü ildə ölkədə pivə istehsalı 12,4% artıb. Hesablamalara görə, ölkəmizdə adambaşına illik pivə istehlakı 6-7 litr təşkil edir. Mütəxəssislər bu rəqəmin artacağını gözləyir.

Pivə istehsalı iqtisadiyyatın lokomotivlərindən biri kimi

Pivəbişirmə sənayesi iş yerlərinin açılması və əhəmiyyətli gəlir mənbəyi olmaqla dünya iqtisadiyyatına mühüm töhfələr verir. Ən son araşdırmalara görə, bu sektorda dünya üzrə 1,7 milyon insanın məşğulluğu təmin edilir. Pivə sənayesi birbaşa məşğulluqdan əlavə, iqtisadiyyatın digər sahələri – kənd təsərrüfatı, nəqliyyat, qablaşdırma və pərakəndə satış kimi bir çox əlaqəli sektorların inkişafına rəvac verir, həmçinin bu sahələrin iqtisadi fəallığını stimullaşdırır. Pivə istehsalı və satışından tutulan vergilər dövlətlər üçün mühüm gəlir mənbəyidir. Pivə bazarı aksiz vergiləri, gəlir vergisi və digər ödənişləri təmin etməklə dövlət büdcəsinin formalaşmasına müsbət təsir göstərir. Xüsusilə zəngin pivə ənənəsi olan regionlarda pivə istehsalı sənayesi turizmin inkişafına öz töhfəsini verir. Pivə turları, festivallar və pivə zavoduna ziyarətlər yerli iqtisadiyyatı gücləndirir.

Pivəbişirmədə tendensiya və innovasiyalar

Qlobal pivə bazarında məşhur brendlər geniş çeşiddə məhsullar təklif edir. Buna baxmayaraq pivə həvəskarları daim yeni dad axtarışındadır. Artan tələbat və yenilik axtarışına görə pivə istehsalı sənayesi daim inkişaf edir. İnnovativ istehsal üsulları və yeni inqrediyentlərdən istifadə pivənin yeni sortlarının yaranması ilə nəticələnir. Son illərdə pivə istehsalçıları müxtəlif inqrediyentlər və istehsalda yeniliklər sayəsində qeyri-adi dad və ətrə malik, unikal kraftpivə çeşidləri yaradırlar. Pivə istehsalçıları istehsalın keyfiyyətini və səmərəliliyini artırmaq üçün müasir texnologiyaların tətbiqini genişləndirməkdə davam edirlər. Bura yeni filtrasiya və temperatur nəzarət sistemlərinin,avtomatlaşdırılmış doldurma proseslərinin istifadəsi daxildir. Pivə istehsalçıları ənənəvi inqrediyentlərə (səməni, mayaotu, maya və su) əlavə olaraq müxtəlif meyvələr, ədviyyatlar, həmçinin digər inqrediyentləri əlavə etməklə təcrübə aparır, unikal ləzzətə malik pivə istehsal etməyə nail olurlar. Bu isə pivə istehsalının sərhədlərini aşmağa imkan verir. Məsələn, pivə istehsalında giləmeyvə, sitrus meyvələri, qəhvə, şokolad, çili bibəri və bir çox başqa maddələr getdikcə daha çox istifadə olunur.

Alkoqolsuz pivə – yeni həyat tərzi

Alkoqollu içkiyə alternativ

İstehlakçılar təkcə dadla bağlı dəyişiklik istəmir. Son illərdəspirtsiz içkilərə üstünlük verən insanların sayı artır. Bu maraq alkoqolsuz pivə istehsalını stimullaşdırır. Ekspertlər 2024-cü ildə dünyada alkoqolsuz pivə istehlakının 7,8 milyard litrə yüksələcəyini gözləyir. 2025-ci ildə isə qlobal miqyasda alkoqolsuz pivə bazarının 3,4% genişlənəcəyi proqnozlaşdırılır. 10-dan çox yerli pivə istehsalçısının mövcud olduğu Azərbaycanda da eyni tendensiya müşahidə edilir.Tələbatın yüksək olması səbəbindən yerli pivə istehsalçıları istehlakçıların zövqünü oxşamaq, keyfiyyətli məhsul istehsal etmək üçün yarışa girib. Hələlik ölkədə müxtəlif çeşiddə pivə təqdim edən aparıcı pivə istehsalçılarından yalnız biri alkoqolsuz pivə istehsalına nail olub. Alkoqolsuz pivə adi pivədən spirtin tamamilə çıxarılması ilə istehsal olunan içkidir.

Bəs alkoqolsuz pivə necə hazırlanır? Ümumiyyətlə pivə istehsalında 4 komponentdən istifadə olunur: Arpa və ya səməni, su, maya və mayaotu (Xmel). Pivə üçün əsas xammal səmənidir (arpa maltası). Səməni arpanın xüsusi emal prosedurları ilə hazırlanır. İstehsalda istifadə olunan suyun keyfiyyəti çox önəmlidir. Mayadan fermentasiya prosesində istifadə olunur. Mayaotu (Xmel) isə pivəyə acılıq və aroma verir.


Pivə səməninin emalı, filtrasiya, qaynama, mayaotu əlavəsi, soyutma, fermentasiya və qablaşdırma proseslərindənkeçməklə istehsal olunur. Əvvəlcə səməni əzilir və dənli məhsullar şəkərli suya çevrilir. Əzilmədən sonra səməni istilik altında su ilə qarışdırılır və müəyyən bir temperaturda saxlanılır. Bu proses zamanı fermentlər nişastaları şəkərə çevirir. Filtrasiya mərhələsində üyütmə  zamanı əmələ gələn şəkərli maye (şirə) dənli məhsullardan ayrılır. Daha sonra şəkərli maye qaynadılır və mayaotu əlavə olunur. Bu, həm sterilizasiya məqsədilə, həm də dad və aroma üçün edilir.Sonradan qaynadılmış maye soyudulur və fermentasiya tanklarına köçürülür. Maya əlavə olunur və maye müəyyən müddət fermentasiya edilir. Hər mərhələdə məhsulun keyfiyyəti diqqətlə yoxlanılır. Fermentasiya tamamlandıqdan sonra pivə filtr edilir və şüşə, dəmir banka, PET (plastik butulka) və ya çəlləklərə doldurulur. İstehsal prosesini izləmək və idarə etmək, məhsulun keyfiyyətinin, eləcə də səmərəliliyi artırmaq üçün ən son texnologiyalardan istifadə olunur, ətraf mühitin mühafizəsi məqsədilə ekoloji dost texnologiyaların tətbiq edilir. Carlsberg Group-un son araşdırmaları nəticəsində xüsusi maya növü tam alkoqolsuz pivə istehsal etməyə imkan yaradır. Məhz bunun nəticəsində 2024-cü ildə Xırdalan 0.0 ilk yerli 0.0 alkoqollu pivəsini təqdim edib. Yerli arpadan istifadə edilməklə istehsal olunan Xırdalan 0.0pasterizə olunmuş açıq rəngli alkoqolsuz pivədir. Tərkibində konservant yoxdur. Bu amillər cazibədar dizayna malik, keyfiyyətli mayadan hazırlanmış zəngin ətirli və nəfis dadlı lageri artıq istehlakçıların sevimli sərinləşdirici içkisinə çevirir. Üstəlik, alkoqolsuz pivəni istehlakçılar sükan arxası, həftə içi iş saatlarında, əsasən də nahar vaxtı rahatlıqla içə bildiklərindən spirtsiz pivəyə gündən-günə tələbat artır. Bu, spirtli içkilərə alternativ axtaranlar üçün yaxşı seçimdir.

Beləliklə, alkoqolsuz pivə və bütövlükdə pivə sənayesi dəyişən istehlakçı seçimlərinə uyğunlaşması və yeni texnologiyaların tətbiqi ilə pivə istehsalında inqilab edir. Bu tendensiyalar və proqnozlar göstərir ki, pivə istehsalı sənayesi yeniliklərə davam edəcək.

Pivə istehsalı prosesi haqqında daha çox öyrənmək istəyirsən? O zaman Carlsberg Azerbaijan zavoduna pulsuz ekskursiyaya yazıl və keyfiyyətli pivənin necə istehsal olunduğunu öz gözlərinlə gör. Ekskursiyalara yazılmaq üçün şirkətin elektron poçtuna və ya korporativ səhifələrinəmüraciət edə bilərsiz.


Oxunub: 987
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Dünən, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Dünən, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Dünən, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Dünən, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Dünən, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Dünən, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Dünən, 14:27 | Güclü yaddaş və sağlam damarlar üçün qaragilə yeyin
    Dünən, 14:16 | Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
    Dünən, 14:14 | Bu şəxslərə şad xəbər: Elektrik xərclərinin yarısını dövlət ödəyəcək
    Dünən, 13:40 | Keçməyən öskürək və döş qəfəsində ağrıya diqqət!
    Dünən, 13:37 | Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
    Dünən, 13:36 | Daxili Qoşunların keçmiş komandanına ağır itki
    Dünən, 13:35 | Naxçıvanın Bakı nümayəndəliyi buna görə ləğv edildi
    Dünən, 12:45 | Vətən müharibəsi şəhidi Sübhan Kərimov ildönümündə ehtiramla anılıb
    Dünən, 12:04 | GENERALIN QIZI SAXLANILDI - Şikayətçi də general imiş... (DETALLAR)
    Dünən, 07:41 | MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı
    Dünən, 07:40 | Şəmkirdə ağır qəza: İki nəfər öldü
    Dünən, 07:38 | Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
    Dünən, 00:10 | Bu gün Azərbaycanda Konstitusiya Günüdür
    11-11-2026, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.