Mediaxeberleri.az
    
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”

Son xəbərlər :
  • İspaniya - Xorvatiya matçında beş qol vuruldu
  • Uşağı dövlət bağçasına qəbul etdilər, sonra valideyndən pul istədilər - İDDİA
  • Çindən dronlarla bağlı DÜNYA REKORDU
  • Kürdəmirdə BƏDBƏXT HADİSƏ: Çobanı ildırım vurdu - VİDEO
  • Sadıqovla bağlı şok: 44 günlük müharibənin əvvəlində…
  • Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –TARİX (1969-cu İLİN SƏNƏDLƏRİ)
  • EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... – Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR
  • Azərbaycanda 2.6 milyon manatlıq gəlir üstündə QARDAŞ DAVASI: Sahibkarlar əlbəyaxa oldular
  • İki BÜRCÜN həyatında yeni mərhələ başlayır
  • Kartof və pomidor xərçəng yaradır?
  • Biləsuvarda kütləvi zəhərlənmə...
  • Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfər xəstəxanalıq oldu, uşaqlar da var
  • Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır
  • Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində atletika üzrə rayon turniri keçirilib
  • Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ
  • Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
  • Ağstafada “Şəhərsalma və Memarlıq ili” çərçivəsində intellektual yarış keçirilib
  • Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
  • Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi kapitan İmamverdi İsmayılovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
  • Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Çay balığı tapmaq çətindir, göl balığı isə zərərlidir, zəhərlənmə, qurd xəstəlikləri… - ARAŞDIRMA

  • Tarix: 29-11-2025, 13:05

Azərbaycanda su bioresurslarının azalması son illərdə ekoloji və qida təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur. Xüsusilə, Kür çayı kimi ölkənin əsas su arteriyalarından birində çay balıqlarının sayının kəskin azalması bu sahədə ciddi araşdırmalara və tədbirlərə ehtiyac olduğunu göstərir. Əhalinin əsas protein mənbələrindən biri olan balıq məhsullarında çay növlərinin yerini getdikcə göl və süni təsərrüfat balıqları tutur. Lakin bu balıqlar dad, keyfiyyət və sağlamlıq baxımından hər kəs üçün uyğun deyil. Mütəxəssislər bildirirlər ki, Kür çayında balıqların azalmasının səbəbləri sırasında sənaye çirklənməsi, suyun səviyyəsinin düşməsi, qanunsuz ov və iqlim dəyişikliyi kimi amillər ön plandadır.

 

Mediaxeberleri.Az ölkədə çay balıqlarının niyə yoxa çıxmasını, bu problemin insanlara və ekosistemə təsirini, eyni zamanda mümkün həll yollarını araşdırıb.

 

Son illərdə Kür çayında balıq ehtiyatlarının azalması bir sıra ekoloji və antropogen səbəblərlə əlaqələndirilir. Əsas problemlərdən biri sənaye və məişət tullantılarının çaya axıdılmasıdır. Təmizləyici qurğuların yetərsizliyi nəticəsində çaya axıdılan kimyəvi maddələr suyun tərkibini pozur, balıqların yaşayış mühitini məhv edir. Həmçinin iqlim dəyişikliyi səbəbilə suyun səviyyəsinin aşağı düşməsi və temperaturun dəyişməsi də balıq populyasiyasına mənfi təsir göstərir.

Axşam saatlarında Bakıdakı balıq bazarında nə baş verir? - VİDEO Pravda.az

Digər mühüm amil isə qanunsuz ovlanmadır. Nəzarətsiz şəkildə, xüsusilə kürütökmə dövründə balıqların ovlanması, onların çoxalmasına imkan vermir. Su hövzələrinin düzgün idarə olunmaması, çay yataqlarında aparılan tikinti və bənd salma işləri də balıqların təbii köç yollarını bağlayır.

 

Bu səbəbdən də bazarda çay balıqları qıtlaşır və insanlar daha çox süni göllərdə yetişdirilən balıqlarla kifayətlənməli olurlar. Lakin göl balıqları dad və keyfiyyət baxımından təbii çay balıqları ilə müqayisədə geri qalır, bu da istehlakçılarda narazılıq yaradır.

 

Sorğu əsasında məlum olub ki, Azərbaycanda balıq və balıq məhsulları istehlakı adambaşına 7,8 kiloqram düşür. Bu isə 78 min ton deməkdir.

 

Statistik rəqəmlərə görə, idxal olunan balıq və balıq məhsullarının illik həcmi 18 min tondur. Belə ki, balıq və balıq məhsullarının istehsalı kənd təsərrüfatı sahəsinə aid olmadığı üçün Azərbaycanda bu sahə heç bir dəstək almır. Buna görə də ölkədə İrandan qızılxallı, şimaldan sazan kimi ucuz qiymətə idxal olunan balıqlar daxili istehsalı beş ilə yaxındır, azaldır.

 

2025-ci ildə Azərbaycanda balıq və dəniz məhsulları bazarında 42,64 milyon ABŞ dolları dəyərində gəlir əldə ediləcəyi barədə statistika açıqlanıb. Hesablamalara görə, bu, ötən illə müqayisədə 22,9% çoxdur.

 

Bildirilir ki, 2029-cu ilə qədər illik 9,81% artım tempi ilə bazarın həcmi 61,99 milyon ABŞ dollarına çatacaq.

 

Lakin mütəxəssislər rəqəmlərin real göstərici olmadığını deyirlər.

 

Statistikadan yola çıxaraq mövzumuzu sahə mütəxəssisləri ilə davam etdirdik, Azərbaycanda çay balıqlarının azalma səbəblərini araşdırdıq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib ki, çay balıqlarının azalmasının əsas səbəbi onların mövcud yaşayış yerlərinin, yəni ekosistemlərinin problemlərdən qaynaqlanır:

Rövşən Abbasov: COP29 uğurlu nəticələrin əldə edilməsi üçün bir sıra  təşəbbüslərə təkan olacaq - AZƏRTAC

“Çaylardan götürülən sular sürətlə artıb. Nəticədə, çaylarda ekosistemin vəziyyəti pisləşib. Üstəlik, iqlim dəyişikliyinin təsiri ilə su temperaturunun artması, çayların sululuğunun azalması da balıqların sürətlə azalmasına səbəb olub. Buna görə Azərbaycanın bir çox çaylarında balıqların yaşaması üçün şərait gözləniləndən də qat-qat pisləşib. Bunun qarşısının alınması, balıqçılığın inkişafı, balıqların qorunması məqsədilə Azərbaycanda Milli Adaptasiya Planında balıqçılıq üçün xüsusi bir yer ayrılıb. Ümid edirik ki, yaxın gələcəkdə bu öz nəticəsini verəcək. Çayların qorunması Azərbaycanın Milli Strategiya və Fəaliyyət Planına salınıb. Xüsusilə, Kür çayı deltası, əsas çaylarımızın qorunması və balıqlar üçün yaşam şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur. Xəzərin özündə isə bir çox qiymətli balıqlara kvota qoyulub. Məsələn, nərə balığına 2026-cı ilə qədər kvota qoyulub və tutulması qadağan edilib. Bu kvota və qadağaların müddəti yenə də uzadılıb”.

 

Tanınmış ekoloq-alim Sadiq Həsənov isə Azərbaycanda çaylarda balıqların azalmasının bir neçə səbəblərini sadalayıb:

İqlim dəyişikliyi Azərbaycanda da su resurslarının azalmasına birbaşa təsir  göstərir" - Sadiq Həsənov - Turkustan.az

“Birinci səbəb çayların həm kanalizasiya, məişət, həm də sənaye sularının, eyni zamanda sanitar-gigiyena məqsədləri üçün istifadə olunan suların axıdılması nəticəsində həddindən artıq çirklənməsidir. İkinci səbəb Kür və Araz çayları, eləcə də digər çayların üzərində su anbarlarının tikilməsi, su elektrik stansiyalarının quraşdırılmasıdır. Su elektrik stansiyaları quraşdırılanda artıq suyun qarşısı kəsilir və su anbarlara toplanır, müəyyən prosedur keçdikdən sonra çaya ötürülür. Bu səbəbdən balıqların keçidi təmin olunmur. Balıqların yaşamaları üçün çaylarda çoxlu bioorqanizmlər var. Onların məhv olması prosesi baş verir və bu proses nəticəsində çaylarda balıqların qidalanması, hərəkəti azalır, kürü vermə imkanları məhdudlaşır. Buna görə də çaylarda balıqlarımız həddindən artıq azalıb. Çay balıqlarının azalmasının üçüncü səbəbi kütləvi şəkildə ovlanmadır. Məsələn, bizdə əsas balıq mənbəyi Kür çayı olduğundan həddindən çox qanunsuz ovlar həyata keçirilir, torlar qurulur. Hətta əvvəllər partladıcı maddələrdən istifadə edərək onları kütləvi şəkildə məhv edirdilər. Xüsusilə, kürü vermə vaxtında balıqların ovlanması leqal idi. Buna görə də böyük problemlər yaranırdı. Bir çox ölkələrin, eyni zamanda Azərbaycanın qanunvericiliyində bir insan həvəskar balıqçı kimi beş kiloqramdan artıq balıq ovlaya bilməz. Ovun çəkisi beş kilodan artıqdırsa, həmin şəxsin lisenziyası olmalıdır. Həvəskar balıqçılar üçün müəyyən kriteriyalar var və cərimələr tətbiq olunur. Təxminən, iki ilə yaxındır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayından başlayaraq sentyabr ayının 1-nə qədər balıq ovunu qadağa edir. Bu da balıqların kürü dövründə müəyyən qədər artıma səbəb ola bilir. Lakin insanlarımız yenə də qanunsuz ov edir, torlar qururlar. Xüsusilə, balıqların kürü verən dövründə onların azalmasına təsir edirlər”

 

Tanınmış həkim Seyfəddin Əsəd isə balığın sağlamlığa təsirindən danışıb:

Tanınmış həkim sağlam qalmağın sirrini açıqladı: "Saat 22:00-da yatın,  05:00-da isə oyanın..." Pravda.az

“Balıq məhsulları insan üçün çox qiymətli qida məhsuludur. Balığın tərkibində ən qiymətli zülal, yağ, fərqli mikroelementlər, fosfor, vitamin E, D mövcuddur. Başqa qidalarda az tapılan, çətin həzmə gedən elementlər var, amma balıqda belə deyil. Məsələn, tərkibindəki zülal səbəbindən balıq asan həzmə gedir. Balıq yağı hər zaman görməsi zəif olan insanlara məsləhət görülür. Eyni zamanda balığın həzminə az enerji sərf olunur. Mal, qoyun ətinin həzminə sərf olunan enerji balığa sərf olunan enerjidən qat-qat çoxdur. Hər zaman deyirik ki, qırmızı ət, ət, şirniyyat, xəmir xörəkləri xərçəng yaradan üç qidadan biridir. Balıqda isə belə bir xüsusiyyət yoxdur. Bilirsiniz ki, ən uzunömürlü adamlar Asiyadadır - Yaponiyada, Çində, Tailandda. Bu ölkələrdə balıq məhsullarından ət kimi istifadə olunur. Hindistanda da mal əti yeyilmir”.

 

Həkim axar suda olan balıqla göldə yetişdirilən süni balığın keyfiyyət fərqini belə izah edib: “Balığın əsas keyfiyyəti onun yetişdiyi suyun təmizliyi ilə ölçülür. Balıq təmiz suda təmiz qidalanır, hərəkətdə olur. Çayda suyun axınına qarşı gedir, əzələləri möhkəmlənir. Buna görə də hərəkətli balığa əlimizlə basanda görürük ki, möhkəmdir. Göldə yetişən balıq isə əksinə, yumşaqdır. Balığın əzələsi nə qədər möhkəm olsa, o qədər keyfiyyəti üstünlük təşkil edir. Axar suda balıqlar böcəklə, yosunla qidalanılar, hətta bəzən böyük balıqlar kiçik balıqları yeyirlər. Çayda daim su yeniləndiyi üçün orada oksigen də bol olur. Buna görə çayda yetişən balığın dadı təmiz və ləzzətli olur. Çay balıqlarında çirk yığılmır, göbələk, yoluxucu xəstəliklər əmələ gəlmir. Bilirsiniz ki, balıqdan göbələk əmələ gələ bilir. Suyun tərkibində ağır metallar olduqda zəhərlənmə baş verir. Durğunluq olan yerdə oksigen, yosun az olur. Göl balıqları bu səbəbdən miz, palçıq, qamış dadır. Çünki göl suyu çirkli olur. Ağır metallar səbəbindən orqanizm zəhərlənir. Eyni zamanda göl balıqları süni qidalarla qidalanırlar. Bu qidanın dadı göl balığında hiss olunur. Qurd xəstəlikləri də balıqdan keçir. Elə balıq növləri var, yalnız Rusiyadadır və həmin balıqlardan keçən xəstəliyi müalicə etmək, diaqnozunu qoymaq, demək olar, mümkün olmur. Axar suda yetişən balıqlardan parazitlərin, qurd xəstəliyinin keçmə ehtimalı az olur. Göl balığından isə əksinə. Onsuz da hər kəs çay balığının dadını bilir. Məsələn, mən Tovuzdanam. Zəyəmçayın balığının dadı tam fərqlidir. Başqa rayonlarda da çay balığının qiyməti kəskin bahadır. Əsas da insan üçün ən qiymətli Omeqa-3 axar sularda yetişən balıqlarda qapalı yerlərdə yetişdirilən balıqlara nisbədən daha çox olur. Ümumiyyətlə, balığın soyutması qızartmadan daha faydalıdır. Kabab formasında bişən balıqdan xəstəlik keçmə ehtimalı daha çoxdur. Gölə, qapalı sulara sənaye tullantıları, kanalizasiya suları tökülür. Buna görə də çay və göl balığının keyfiyyət fərqi yüksəkdir. Adi kənd və şəhər yumurtasının da keyfiyyət fərqi var. Çünki hər şey heyvanın qidalanmasından asılıdır. Bunu da deyim ki, balıq sürətli hərəkət etdikcə tərkibindəki zülalın, yağın miqdarı azalır. Ümumiyyətlə, bir neçə balıq növü var ki, onları süni yetişdirmək olmur. Məsələn, mən həmişə "peyğəmbər balığı" deyilən kütüm balığını yeyirəm, çünki bu balığın süni şəkildə yetişdirmək mümkün olmadığını bilirəm. Balığın təzəliyini yoxlamaq üçün mütləq onu barmaqla basmaq lazımdır. Təzə balıq möhkəm, dərisi parlaq olur. Köhnə balıq, eyni zamanda göl balığı basanda batır. Göl balıqları şişmiş, içi yağla dolu olur. Dediyim kimi, az hərəkət edir. Gürcüstan-Azərbaycan sərhədində xramuli balığı var. Bu balığı da süni yetişdirmək mümkün deyil. Farel balığı isə süni yetişdiyi üçün hər yerdə bu balığı təklif edirlər. Mən heç vaxt farel yemirəm. Məsələn, təbii yetişmiş sazan balığının bel hissəsi tünd rəngdə olur. Süni yetişən sazanın isə qarnı böyük, yumru olur".

 

S.Əsəd Azərbaycanda çay balığı sahəsində qıtlığın səbəblərimdən danışıb: “Axar su balıqlarının azalma səbəbinə gəlincə, ən böyük çay balığı ehtiyatımız Kürdədir. Kür çayına keçdiyi bütün yollardan Tiflis şəhərinin kanalizasiya suları tökülür. Buna görə də balıqlar zəhərlənir, artımı dayanır. Qadağan olsa da, bəzi yerlərdə insanlar balıqları elektrik cərəyanı ilə, partlayıcı ilə öldürürlər. Bu da çay balıqlarının azalmasına gətirib çıxarır".

 


Oxunub: 417
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 08:40 | İspaniya - Xorvatiya matçında beş qol vuruldu
    Bu gün, 08:18 | Uşağı dövlət bağçasına qəbul etdilər, sonra valideyndən pul istədilər - İDDİA
    Bu gün, 08:13 | Çindən dronlarla bağlı DÜNYA REKORDU
    Bu gün, 08:05 | Kürdəmirdə BƏDBƏXT HADİSƏ: Çobanı ildırım vurdu - VİDEO
    Bu gün, 08:02 | Sadıqovla bağlı şok: 44 günlük müharibənin əvvəlində…
    Bu gün, 07:58 | Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –TARİX (1969-cu İLİN SƏNƏDLƏRİ)
    Bu gün, 07:53 | EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... – Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR
    Bu gün, 07:50 | Azərbaycanda 2.6 milyon manatlıq gəlir üstündə QARDAŞ DAVASI: Sahibkarlar əlbəyaxa oldular
    Bu gün, 07:11 | İki BÜRCÜN həyatında yeni mərhələ başlayır
    Bu gün, 07:09 | Kartof və pomidor xərçəng yaradır?
    Bu gün, 07:07 | Biləsuvarda kütləvi zəhərlənmə...
    Bu gün, 07:01 | Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfər xəstəxanalıq oldu, uşaqlar da var
    Dünən, 19:41 | Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır
    Dünən, 19:27 | Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində atletika üzrə rayon turniri keçirilib
    Dünən, 19:22 | Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ
    Dünən, 18:41 | Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
    Dünən, 18:26 | Ağstafada “Şəhərsalma və Memarlıq ili” çərçivəsində intellektual yarış keçirilib
    Dünən, 18:13 | Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
    Dünən, 18:01 | Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi kapitan İmamverdi İsmayılovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    Dünən, 17:09 | Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto
    Dünən, 17:06 | AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir
    Dünən, 14:31 | Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?
    Dünən, 14:30 | Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd pulun çıxarılması qadağan edildi
    Dünən, 13:57 | "UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı
    Dünən, 13:56 | Leysan yağır, şimşək çaxır - Hava məlumatı
    Dünən, 13:47 | Hacı Şahinin nəvəsi dünyaya gəlib
    Dünən, 13:22 | 200 milyondan çox insan evsiz qala bilər - XƏBƏRDARLIQ
    Dünən, 13:21 | Bu universitetlər Bakıdan kənara köçürülə bilər – Ərazilər açıqlandı
    Dünən, 13:19 | Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
    Dünən, 09:49 | Azərbaycanda leysan yağır - FAKTİKİ HAVA
    Dünən, 08:03 | UEFA Millətlər Liqasında günün əsas oyunları
    Dünən, 07:53 | “Tezliklə benzin qiymətləri düşəcək”
    Dünən, 07:52 | Yer kürəsində başqa bir nüvə: Elm adamlarını çaşdıran 5 sirr
    Dünən, 00:38 | Türkiyə İtaliyaya böyük hesabla məğlub oldu
    28-09-2026, 22:15 | Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ
    28-09-2026, 22:10 | Akif Aşırlıya AĞIR İTKİ
    28-09-2026, 21:28 | “Ağstafa Gəncləri” - dən vacib qələbə
    28-09-2026, 21:08 | Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı iddiası təmin olunmadı
    28-09-2026, 21:04 | "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı
    28-09-2026, 19:09 | Prezidentin başçı təyin etdiyi Babayev kimdir?
    28-09-2026, 18:31 | Qaradağ rayonuna yeni icra başçısı təyin edildi
    28-09-2026, 18:29 | Prezident 3 rayona icra başçısı təyin etdi
    28-09-2026, 17:42 | Əvəz Zeynallının dəfn olunacağı yer müəyyənləşdi
    28-09-2026, 17:41 | Gələn il minimum əməkhaqqı 460 manat ola bilər - TƏHLİL
    28-09-2026, 17:39 | Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatdı
    28-09-2026, 17:38 | 13 yaşlı oğlan faciəvi şəkildə öldü
    28-09-2026, 17:31 | Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
    28-09-2026, 16:22 | Ailəsi Əvəz Zeynallının II Fəxri Xiyabanda dəfn olunmasını istəyir
    28-09-2026, 16:20 | "Tənək dolması yemək olmaz, QATIQLA YEMƏK İSƏ CİNAYƏTDİR" - Həkimdən ÇAĞIRIŞ
    28-09-2026, 15:38 | İcra başçısı Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.