Abşeronda birinci sinif şagirdi məktəbin həyətində öldü
Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib. Mediaxeberleri.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, noyabrın 27-si Masazırdakı 1 nömrəli tam orta məktəbin qarşısında birinci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib. Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib. Şagirdin qanazlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilib. Faktla bağlı araşdırmalar aparılır.
Oxunub: 35
Xəbəri paylaş
Paylaş:





















