Maştağada 1 saylı Uşaq Somatik Sanatoriyasının təmirinə yarım milyon xərclənəcək
Bakı şəhəri, Maştağa qəsəbəsində 1 saylı Uşaq Somatik Sanatoriyasında əsaslı təmir işlərinə 554 202 AZN sərf olunacaq. Mediaxeberleri.Az-ın xəbərinə görə, sifarişçi Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətidir. Təmir işlərini Nizamnamə kapitalı 10 AZN, rəhbəri isə Zehra Demir olan “Creative and İnnovative Solutions” MMC həyata keçirəcək.
Oxunub: 401
Xəbəri paylaş
Paylaş:





















