Bank ölən şəxsin borcunu vərəsədən tələb edə bilərmi? - Hüquqşünasdan AÇIQLAMA
Paylaşımlarda iddia olunur ki, banklar vəfat edən şəxslərin kredit borclarının ödənilməsini ailə üzvlərindən tələb edir. Maraqlıdır, belə hal yarandıqda qanunla borcu kim ödəməlidir? Hüquqşünas Vüsal Cəfərov bildirir ki, borclanan şəxsin ölümündən sonra qalan kredit məbləği miras passivi sayılır və bu borc yalnız mirası qəbul edən vərəsələr tərəfindən ödənilməlidir. Onun sözlərinə görə, vərəsələr qəbul etdikləri miras əmlakının dəyəri həddində məsuliyyət daşıyırlar. Yəni miras əmlakı hansı məbləğdədirsə, borc da yalnız həmin məbləğ çərçivəsində ödənilə bilər. Əgər vəfat edən şəxsin miras aktivi yoxdursa, yəni onun adına dəyərli əmlak qalmayıbsa, vərəsələr heç bir məsuliyyət daşımır və bank onların qarşısında tələb irəli sürə bilməz. Qanunvericiliyə görə, kredit götürən şəxsin həyatı sığortalandığı halda isə borc sığorta şirkəti tərəfindən ödənilir. Daha ətraflı Baku TV-nin videomaterialında:
Son günlər sosial şəbəkələrdə vəfat edən şəxslərin kredit borcu ilə bağlı müzakirələr artıb.





















