Millimizin oyunu təxirə salındı
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. B Liqasının 5-ci qrupunun 2-ci turu çərçivəsində bu gün keçirilməli olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız vəziyyətdə olması səbəbindən başqa vaxta keçirilib. Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.
Oxunub: 45
Xəbəri paylaş
Paylaş:





















