Şəhid Xəyal Əhədzadənin qəhrəmanlıqlarla dolu həyat hekayəsi - VİDEO
Baku TV Sentyabr döyüşlərində qəhrəmancasına şəhid olan kiçik gizir Xəyal Əhədzadənin ailəsini ziyarət edib. 100-ə yaxın ermənini məhv etmiş Xüsusi Təyinatlı Qüvvələrin snayperi olan şəhid Xəyalın anası Sona Əhədova övladının qəhrəmanlıqlarla dolu hekayəsindən danışıb. “Xəyalın 6 yaşı olanda qardaşım şəhid oldu. Uşaqlıqdan deyirdi ki, dayımın qisasını alacağam. Müharibədə olduğunu bilmirdik. Füzulidə olanda dedi ki, dayımın qisasını aldım”, - deyə o qeyd edib. X.Əhədzadənin bacısı Xoşqədəm Əhədzadə qardaşının ona saxlaması üçün verdiyi əsgər formasının xatirəsindən bəhs edib: “44 günlük müharibədən sonra evə formasını gətirdi ki, saxlayım. Dedi ki, üzərində şəhid yoldaşlarımın qanı var. Formanı yuma, necə var elə də saxla. İndi həmin formanı nümayiş etdirirəm ki, hər kəs görsün ki, qardaşım necə qəhrəman olub”. Ətraflı Baku TV-nin videosunu təqdim edirik: