Yeni binada aparılan tikinti sakinlərə problem yaratdı - VİDEO
Binanın beş addımlığında bünövrə qazıb, beton tökdülər... Dörd tərəfini armaturlarla hörüb, daha sonra yarımçıq saxladılar... Görüntülər paytaxtın Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi, 12D ünvanında yerləşən yaşayış kompleksinin həyətindəndir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sorğumuza cavab olaraq bildirldi ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış təyinatlı obyektin tikintisinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 29 iyun 2022-ci il tarixində icazə verilib. O da qeyd edildi ki, tikinti və istismara icazələr barədə məlumatlar Elektron Tikinti Portalında yerləşdirilir. Vətəndaşlar müvafiq obyektlər üzrə icazələr barədə ətraflı məlumatla portal vasitəsilə tanış ola bilərlər. Mediaxeberleri.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 





















