Mübariz İbrahimovun adını daşıyan məktəbin bütün məzunları ali məktəblərə qəbul oldular
2025–2026-cı tədris ilində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin 38 məzununun hamısı ali məktəblərə qəbul olub. Məlumata görə, bu nəticə təhsil müəssisəsinin tarixində 16-cı 100 faizlik qəbul göstəricisidir. Məzunlardan 7-si Bakı Dövlət Universitetinə, 4-ü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 3-ü Qarabağ Universitetinə, 3-ü Azərbaycan Tibb Universitetinə, 3-ü Azərbaycan Texniki Universitetinə, 3-ü Xəzər Universitetinə, 2-si ADA Universitetinə, 2-si Azərbaycan Dillər Universitetinə, 2-si Azərbaycan Dövlət İqtisad Universitetinə, 2-si Bakı Ali Neft Məktəbinə qəbul olub. Bundan başqa, məzunlardan 1-i Bakı Mühəndislik Universitetinə, 1-i Polis Akademiyasına, 1-i Milli Aviasiya Akademiyasına, 1-i Azərbaycan Dövlət Pedaqoji Universitetinə, 1-i Bakı Slavyan Universitetinə, 1-i isə Naxçıvan Dövlət Universitetinə qəbul olub. Qeyd edək ki, cari ildə təhsil müəssisəsi üzrə orta qəbul balı 510 olub.





















