Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri turnirdən Vətənə medallarla dönüblər
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Niderlandda keçirilən turnirdən ötən gecə Vətənə dönüblər. Mediaxeberleri.Az xəbər verir ki, martın 17-də Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open - 2024” turnirində idmançılarımız uğurla çıxış ediblər. Sinxron proqramda qüvvəsini sınayan Əli Niftəliyev və Ammar Baxşaliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yığmanın digər üzvləri - Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc medal qazanıblar.
Oxunub: 748
Xəbəri paylaş
Paylaş: