Toyda baş verən mübahisə ölümlə nəticələndi
Biləsuvar rayonunda qətl hadisəsi baş verib. Mediaxeberleri.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı həmkəndlisi tərəfindən bıçaqlanıb. Milan Soltanlı aldığı bıçaq xəsarətlərindən ölüb. Faktla bağlı araşdırma aparılır. *** Biləsuvarda baş vermiş qətlin təfərrüatı məlum olub. Məlumata görə, mərhum Milan Soltanlı ilə İlkin Mehtiyev arasında toyda mübahisə yaranıb. Daha sonra tərəflər mübahisəni kənddə davam etdiriblər. Bu zaman İlkin Mehtiyev bıçaqla Milan Soltanlıya xəsarət yetirərək onu qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.





















