Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto
Ukraynada gedən döyüşlərdə daha bir soydaşımız həlak olub. Mediaxeberleri.Az Bakupost.az-a istinadən xəbər verir ki, uzun illər Ukraynanın Jovti Vodı şəhərində yaşayan Zaur Bəhram oğlu Həbibov cəbhədə həyatını itirib. Z.Həbibov hələ 2014-cü ildə Antiterror Əməliyyatında (ATO) iştirak edərək Ukraynanı müdafiə etməyə başlayıb. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibədən sonra həmin ilin iyun ayında yenidən xidmətə qayıdan soydaşımız cəbhədə döyüş tapşırıqlarını yerinə yetirməyə davam edib. O, 2026-cı il sentyabrın 10-da Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında döyüş tapşırığını icra edərkən itkin düşüb. Bir neçə gün öncə Zaur Həbibovun həlak olması rəsmən təsdiqlənib
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















