Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı - Foto/Video
Oktyabrın 4-ü saat 12:00-a olan məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edib. Bəzi ərazilərdə intensiv və güclü leysan müşahidə olunub, dağlıq ərazilərə isə qar yağıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Qrız, Xınalıq, Şahdağ, Qusar və Şahbuz rayonunun yüksək dağlıq ərazilərində qar qeydə alınıb. Qar örtüyünün hündürlüyü Qrızda 10, Xınalıqda 5, Şahdağda 2, Qusarda isə 1 santimetr təşkil edib. Bakı və Abşeron yarımadasında qeydə alınan yağıntının miqdarı belə olub: Maştağada 37 mm (aylıq normanın 93 faizi), Binədə 21 mm (75 faiz), Bakıda 16 mm (57 faiz), Sumqayıtda isə 5 mm. Respublikanın rayonlarında ən çox yağıntı Kişçayda (Şəki) qeydə alınıb. Burada 55 mm yağıntı düşüb ki, bu da aylıq normanın 64 faizinə bərabərdir. Digər ərazilərdə qeydə alınan yağıntının miqdarı belədir: - Qəbələ - 51 mm (aylıq normanın 40 faizi), - Sarıbaş (Qax) - 45 mm (36 faiz), - Oğuz - 45 mm (45 faiz), - Göyçay - 41 mm (76 faiz), - Astara - 30 mm, - Kürdəmir - 26 mm (56 faiz), - İsmayıllı - 24 mm (32 faiz), - Şamaxı - 23 mm (30 faiz), - Xızı - 22 mm (39 faiz), - Yardımlı - 20 mm, - Lənkəran - 18 mm, - Gədəbəy - 17 mm (30 faiz), - Qobustan - 17 mm (36 faiz), - Lerik - 16 mm, - Xaltan - 15 mm (31 faiz), - Sabirabad - 15 mm (36 faiz), - Göygöl və Qusar - 15 mm, - Neftçala - 14 mm (31 faiz), - Daşkəsən - 14 mm, - Zərdab - 13 mm (34 faiz), - Mingəçevir - 12 mm (30 faiz), - Naftalan və İmişli - 11 mm, - Tərtər və Beyləqan - 10 mm, Digər rayonlarda isə 1-9 mm yağıntı qeydə alınıb.






















