Azərbaycan millisi Litvanı məğlub etdi, liderliyə yüksəldi- Video
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, Ayxan Abbasovun komandası 3-cü turda Litvanı qəbul edib. Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz bu qələbədən sonra liderliyə yüksəlib. Sentyabrın 27-də komandalar arasında Litvada keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. 4 oktyabr UEFA Millətlər Liqası 17:00 Azərbaycan – Litva - 1:0 Qol: Abdulla Xaybullayev, 24 Qırmızı vərəqə: Kuçiş, 90+7 (Litva) Baş hakim: Qustavo Korreya (Portuqaliya) 8-ci km stadionu

3-cü tur
Oxunub: 34
Xəbəri paylaş
Paylaş:





















