"Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
Türkiyə ilə Azərbaycanın münasibətlərini pozmaq üçün bütün imtiyazlardan yararlanmağa çalışan, “bir millət, iki dövlət” platformasını (bəli, platformasnı) hədəfə alan dinçi qrupların hərəkəti yanlış deyil, təxribatdır və bilərəkdən edilir. Türkiyənin milli kəsimi bunlara qarşı dirəniş göstəməlidir. Azərbaycanda Türkiyəni sevirlər! Bu, sübuta ehtiyacı olmayan faktdır. Bütün evlərdə, ofislərdə Azərbaycan bayrağı ilə yanaşı əzizlənən, sevilən daha bir bir bayraq da var – Türkiyə bayrağı! Bunu bütün Türkiyə bilir! Rəsmi dairələr də, cəmiyyət də! Amma dinçi qrupların təbliğatı münasibətləri pozmağa hesablanıb. İlham Əliyevə qarşı ədalətsizliyə görə məsuliyyət daşıyırlar və etdikləri ədalətsizliyə görə cavab verməlidirlər! Azərbaycan bütün türklüyün tək körpüsüdür! Yeganə körpünü bu ultra-dindarlara qurban vermək olmaz! İlham Əliyev isə şəxsən bu birliyin qurulması, dayanışı və böyüməsi üçün mümkün olanı da, mümkün omayanı da edib və edir! Bunu da hər kəs bilir. Amma bəhanə tapıb bu birliyi sarsıtmaq istəyənlərə fürsət vermək olmaz. Təbii ki, bu da Türkiyə hakimiyyətinin üzərinə düşür. Dayandırmalıdır! Ötən gün İstanbuldakı Azərbaycan konsulluğu qarşısında keçirilən aksiya dərin mənada bütün sifətlərə işıq saldı. Kimdir bu adamlar? “Özgür-Der” (Özgür Düşünce ve Eğitim Hakları Derneği) deyilən bu qurumun keçirdiyi aksiya Azərbaycana qarşı ilk addım deyil. Əvvəllər də belə bir aksiya təşkil ediib. Azərbaycan–İsrail münasibətlərinə görə 24 may 2025-ci ildə. Vərdişkar olublar. Görünür ki, əsas məqsəd mnsibətlərin pozulmasıdır. Bu dəfə bəhanələri isə baş örtyüdür. Azərbaycanda baş örtüyü qadağası yoxdur. Dini inanca, düşüncəyə, yaşam tərzinə, geyim sərbəstliyinə kimsə müdaxilə etmir. Hətta məktəbli geyimi ilə bağlı qəbul edilən qərarda belə bununl bağlı xüsusi nəsə yoxdur. Sadəcə, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarında məktəbli formasının vahidliyi, dünyəvi təhsil prinsipinə uyğun olmayan geyim elementləri ilə bağlı tələblər yer alır. Bu da belə olmalıdır. Ona görə ki, hər ölkənin öz prinsipləri, qaydaları olub və olacaq. Buna görə ölkəni, onun liderini hədəfə almaq başqa bir ölkənin daxili işlərinə, qaydalarına müdaxilədir. Bizim Türkiyədə, yaxud hansısa ölkədə olan bütün qayda və qərarlardan xoşumuz gəlirmi? Təbii ki, yox! Amma nə siyasi, nə ictimai etirazımız yoxdur! Bütün tərəflərdən də bunu gözləyirik! Hər kəs, hər bir dövlət Azərbaycana hörmətlə yanaşmağa borcludur! Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında söylədiyi kimi! “Hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın”. Azərbaycan dövlətinin ən ali səviyyədə səsləndirdiyi mövqe budur! Müstəqil dövlət belə olur. Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir və bu, sosial media hesablarındankı dinçilərin, psevdoların, müxtəlif kateqoriyalı ultraların, təxribatçıların qıra bilmədiyi bir bağdır! Amma bütün hallarda qarşısı alınmalıdır!





















