Vurulan gəmi Mübariz Mənsimovundur... - VİDEO
Bu gün Rusiya tərəfdən hücuma məruz qalan Türkiyəyə məxsus “Royad Məmmədov” gəmisi “Palmali” şirkətinə məxsusdur. Şirkət 2022-ci ildə gəmilərindən birinə II Qarabağ müharibəsinin şəhidi Röyad Məmmədovun adını verib. Röyad Məmmədov Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2020-ci il noyabrın 8-də şəhid olub. *** Qeyd edək ki, Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyəyə məxsus “Royad Məmmədov” adlı gəmi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, zərbə nəticəsində gəminin kapitanı yaralanıb. 13 heyət üzvü isə itkin düşüb. Rumıniya rəsmiləri ərazidə axtarış-xilasetmə əməliyyatlarına başladıqlarını bildiriblər. Rumıniya rəsmilərinin məlumatına görə, gəminin 11 ekipaj üzvü xilas edilib, iki nəfər isə həlak olub. Ukrayna mətbuatı gəminin Rusiya tərəfindən hücuma məruz qaldığını yazıb. Gəminin batdığı bildirilir. 





















