Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Müğənni həbsxanaya göndərildi
  • Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
  • Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
  • Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
  • Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
  • "Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
  • Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...
  • 89 yaşlı Zeyneb Xanlarovanın yeni FOTOsu
  • Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
  • Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
  • Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
  • Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq
  • Böyük futbol axşamı: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı
  • Badamdarda böyük tikinti cinayəti: Vüqar Zeynalov və Anar Quliyev necə sərəncam verib?
  • Ağstafada kafedə qardaşlar dava saldılar: Qan töküldü
  • Toyda baş verən mübahisə ölümlə nəticələndi
  • Üç ölkə Ay uğrunda mübarizəyə başlayır
  • Portuqaliya 1/4 finala vəsiqə qazandı
  • "Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
  • Əhməd Yusifov dünya çempionu oldu - VİDEO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...

  • Tarix: Bu gün, 15:59

Son dövrlərdə maaş və gəlirlərdə artımlar müşahidə olunsa da, bir çox vətəndaş ayın sonuna çatanda əvvəlki kimi maddi çətinliklərlə üzləşir. Gəlirlərin artmasına baxmayaraq insanların cibində pulun niyə çatmadığı isə müzakirə mövzusuna çevrilib.

Bəs problemin əsas səbəbi nədir? İnsanlar qazandıqları vəsaiti düzgün idarə edə bilmirlər, yoxsa artan qiymətlər və inflyasiya maaş artımının real təsirini azaldır? Ümumiyyətlə, gəlirlərin artımı ilə bahalaşma arasında hansı əlaqə var?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan iqtisadçı Xalid Kərimli bildirib ki, insanların cibində pulun niyə çatmamasının konkret bir səbəbi yoxdur:

"Burada inflyasiyanın da təsiri özünü göstərir. İnflyasiya nəticəsində ərzaq məhsullarının qiymətləri sürətlə artır. Ümumilikdə son illərdə inflyasiya 5-6 faiz civarında olub. Amma bu, o demək deyil ki, bütün insanların gəlirləri hər il 5-10 faiz artır. Əsas məsələ insanların gəlirlərinin qiymət artımını kompensasiya edib-etməməsidir. İnsan daha çox qazanmalıdır ki, ən azı öz xərclərini qarşılaya bilsin və müəyyən qədər də vəsait toplayaraq gələcək üçün ehtiyat yaratsın.

Digər tərəfdən, insanların gəlirləri artdıqca onların tələbatları da çoxalır. Əvvəllər reallaşdıra bilmədikləri müəyyən tələbatları artıq qarşılamağa, müxtəlif əşyalar almağa və xidmətlərdən istifadə etməyə başlayırlar.

İnsanların gəlirləri artdıqca onların əvvəlki dövrlərdə reallaşdıra bilmədikləri tələbatları da ortaya çıxır. Bu isə müəyyən məhsul və xidmətlərə olan tələbin artmasına səbəb olur. Tələbat artdıqda isə qiymətlərə əlavə təzyiq yaranır. Yəni burada bir neçə amil rol oynayır. İnflyasiya, gəlirlərin artması, insanların tələbatlarının genişlənməsi, məhsul və xidmətlərin maya dəyərinin dəyişməsi və digər bazar amilləri pulun çatışmamasına təsir göstərir. Amma bütün bunlara rəğmən insanlar öz qazancları ilə tələbatlarını balanslaşdırmağı bacarmalıdırlar. Yəni gəlir artdıqca tələb yüksəlməməlidir. Ən vacib gündəlik tələbat malları alınmalı, mühüm xərclər qarşılanmalı, israfçılığa yol verilməməlidir. Beləcə gələn ay üçün müəyyən vəsaitə qənaət etmək olar. Bu, pulun düzgün idarə edilməsi mexanizmidir".

Milli Məclisin iqtisadi siyaəst, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov isə bildirib ki, maaşların artmasına baxmayaraq insanların pul çatışmazlığı yaşamasının arxasında bir neçə səbəb dayanır:

"Mən bunu birbaşa israfçılıqla əlaqələndirməzdim. Daha çox şəxsi və ailə büdcəsinin düzgün idarə olunmaması ilə bağlı problem olduğunu düşünürəm.

Çünki bu gün hər kəs daha bahalı telefon almaq istəyir. Məsələn, bankdan kredit götürərək iPhone almaq nə dərəcədə zəruridir? Əgər insanın gəliri buna imkan vermirsə, sırf başqalarından geri qalmamaq və ya özünü kiməsə göstərmək üçün borca girərək bahalı telefon almağın məntiqli olduğunu düşünmürəm.

Başqa bir nümunə kimi insanların restoranlarda yeməyə üstünlük verməsinin artmasını göstərmək olar. Təbii ki, restoranda yemək hər kəs üçün problem deyil. Amma özünü kiməsə göstərmək, başqalarından geri qalmamaq və ya müəyyən sosial görüntü yaratmaq üçün borca-xərcə düşərək restoranda oturmaq düzgün yanaşma deyil. İnsan ilk növbədə öz gəlirini və imkanlarını nəzərə almalıdır.

Əlbəttə, bütün insanları bu cür yanaşmada ittiham etmək olmaz. Bu, cəmiyyətin müəyyən bir təbəqəsində olan düşüncə və davranış modelidir. Digər tərəfdən, insanların gəlirlərinin artmasına baxmayaraq, bahalaşmanın da davam etməsi onların real alıcılıq qabiliyyətinə təsir göstərir.

Məsələn, bu gün 50 manata etdiyimiz bazarlığı bir müddət sonra eyni məbləğə etmək mümkün olmaya bilər. Çünki ərzaq və digər məhsulların qiymətləri də sabit qalmır. Nəticədə maaşda müəyyən artım olsa belə, qiymətlərin yüksəlməsi həmin artımın real təsirini azalda bilər.

Təbii ki, qiymət artımlarının bizim iradəmizdən asılı olmayan səbəbləri də var. Xüsusilə xaricdən idxal olunan məhsulların və onların istehsalında istifadə edilən xammalın bahalaşması daxili bazardakı qiymətlərə də təsir göstərir. Ona görə də məsələyə yalnız insanların pulu düzgün xərcləməməsi prizmasından yanaşmaq düzgün olmaz. Burada həm gəlirlərin idarə olunması, həm qiymətlərin artması, həm də digər iqtisadi amillər rol oynayır.

Amma bütün bunlarla yanaşı, biz şəxsi və ailə büdcəmizi düzgün idarə etməyə çalışmalıyıq. İnsan ilk növbədə öz gəlirini və xərclərini bilməli, zəruri və qeyri-zəruri xərcləri bir-birindən ayırmalı, imkanlarından artıq borclanmamalıdır. Maaşın artması avtomatik olaraq maliyyə imkanlarının da artması demək deyil. Əgər xərclər gəlirlərdən daha sürətlə artırsa, insan yenə də ayın sonunda pul çatışmazlığı ilə üzləşə bilər.

Bütün bunlarla yanaşı, dövlət də əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq sosial dəstək tədbirləri həyata keçirir. Gələn il də yeni sosial paketin icrası gözlənilir. Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında bu məsələyə toxunaraq gələn ildən minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirib.

Yəni gələn il də əhalinin pul gəlirlərinin artırılması istiqamətində yeni sosial paketin icra olunması gözlənilir. Bu addım insanların sosial rifahının yaxşılaşdırılmasına və qiymət artımlarının əhali üçün yaratdığı təsirlərin müəyyən qədər azaldılmasına müsbət təsir göstərə bilər.

Ümumiyyətlə, “maaş artır, amma niyə pul yenə çatmır?” sualının tək bir cavabı yoxdur. Burada həm insanların öz büdcələrini necə idarə etməsi, həm qiymətlərin artması, həm istehlak vərdişləri, həm də ümumi iqtisadi proseslər rol oynayır. Əsas məsələ isə gəlirlərin artması ilə yanaşı, insanların maliyyə savadlılığının və düzgün büdcə idarəçiliyinin də yüksəldilməsidir".

Günəş Fərəh

Azpolitika.info


Oxunub: 31
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:04 | Müğənni həbsxanaya göndərildi
    Bu gün, 17:02 | Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
    Bu gün, 16:58 | Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
    Bu gün, 16:26 | Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
    Bu gün, 16:13 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    Bu gün, 16:05 | "Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
    Bu gün, 15:59 | Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...
    Bu gün, 15:56 | 89 yaşlı Zeyneb Xanlarovanın yeni FOTOsu
    Bu gün, 15:53 | Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
    Bu gün, 15:40 | Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
    Bu gün, 15:37 | Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
    Bu gün, 15:30 | Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq
    Bu gün, 14:12 | Böyük futbol axşamı: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı
    Bu gün, 10:25 | Badamdarda böyük tikinti cinayəti: Vüqar Zeynalov və Anar Quliyev necə sərəncam verib?
    Bu gün, 09:31 | Ağstafada kafedə qardaşlar dava saldılar: Qan töküldü
    Bu gün, 07:20 | Toyda baş verən mübahisə ölümlə nəticələndi
    Bu gün, 07:19 | Üç ölkə Ay uğrunda mübarizəyə başlayır
    Bu gün, 07:18 | Portuqaliya 1/4 finala vəsiqə qazandı
    Dünən, 19:15 | "Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
    Dünən, 19:08 | Əhməd Yusifov dünya çempionu oldu - VİDEO
    Dünən, 18:57 | Azərbaycan millisi Litvanı məğlub etdi, liderliyə yüksəldi- Video
    Dünən, 18:35 | Müasir İran siyasətində “Şahnamə” kodları - ANALİZ
    Dünən, 14:17 | Ukraynaya hücumlar daha da gücləndiriləcək - MN
    Dünən, 13:20 | Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı - Foto/Video
    Dünən, 13:10 | Rusiyada 100 min ayı məhv ediləcək – Qərar
    Dünən, 12:19 | Diktə dövrü başa çatıb, Hörmüz açılmayacaq - Qalibaf
    Dünən, 12:17 | Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı
    Dünən, 12:15 | Bakıda yaşayış evi uçdu: ölən və yaralanan var
    Dünən, 11:20 | Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb - VİDEO
    Dünən, 10:20 | Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
    Dünən, 10:18 | Gəncəyə ilk raket hücumundan altı il ötür
    Dünən, 10:16 | Ukraynaya kütləvi hücum: Rusiyada hazırlıq başladı
    Dünən, 08:19 | Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
    Dünən, 08:17 | Tovuzda qadının ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
    Dünən, 08:15 | "Fənər"in baş məşqçisi "Turan"la oyunu şərh etdi
    Dünən, 08:13 | Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?
    Dünən, 08:12 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    3-10-2026, 22:38 | Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto
    3-10-2026, 22:24 | Rusiyaya zərbələri ikiqat artıracağıq - Zelenski
    3-10-2026, 22:21 | Bakıda market və avtomobildən oğurluq edənlər saxlanıldı
    3-10-2026, 22:15 | "Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu
    3-10-2026, 22:13 | Fitso Serbiyaya buna görə səfərini ləğv etdi
    3-10-2026, 22:12 | İstanbulda cinayətkar dəstənin 7 üzvü saxlanıldı
    3-10-2026, 22:06 | Sovet pullarını yoxlayın: Bu əsginas 2900 manata satıldı
    3-10-2026, 22:02 | ABŞ icazə verdi: Bu ölkədən İrana uçuşlar olacaq
    3-10-2026, 21:48 | "Turan Tovuz" - "Fənərbağça"ya qarşı: ikinci qol - Canlı
    3-10-2026, 17:53 | Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib
    3-10-2026, 17:32 | “Ağstafa Gəncləri” səfərdə “Kür-Araz”a qalib gəldi
    3-10-2026, 12:36 | Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
    3-10-2026, 12:34 | Türkiyədə mədən qəzası: ölənlərin sayı 5-ə qalxdı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.