“Qarabağ” təriflərə layiqdir, Bundesliqadakı rəqiblərimizdən fərqli oynayır - “Bayer”in hücumçusu
İndi 1/4 finalı səbirsizliklə gözləyirik. Növbəti rəqibin kim olmasının fərqi yoxdur, biz hər kəsi məğlub edə bilərik. Mediaxeberleri.Az İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Bayer”in hücumçusu Patrik Şik deyib. Çexiyalı futbolçu Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”a evdə 3:2 qalib gəldikləri matçı dəyərləndirib. O bildirib ki, Azərbaycan çempionu onları son dəqiqəyə qədər mübarizə aparmağa məcbur edib: “Oyun, sonluq hamısı gözəldir. Axırıncı dəqiqələr bizim üçün çılğın oldu. İlk matçda olduğu kimi, oyunun son anına qədər mübarizə aparmalı olduq. “Qarabağ” təriflərə layiqdir. Bundesliqadakı rəqiblərimizlə müqayisədə tamamilə fərqli üslubda oynayırlar. Bu, işimizi çətinləşdirdi. Hücumçu kimi meydançaya çıxmaq və həlledici qollar vurmaq mənim üçün inanılmaz dərəcədə faydalıdır”. Qeyd edək ki, Şik “Qarabağ”a qarşı 1/8 final oyunlarının hər 2-də görüşündə fərqlənməyi bacarıb. O, Bakıda 2:2 hesabı ilə bitən qarşılaşmada 1, Almaniyada isə 2 qolla yadda qalıb.