Rəqəmsal vətəndaşlıq sahəsində Saatlı gəncləri maarifləndirilib
İlk mərhələsi 27-28yanvar 2024-cü il Sabirabad rayonunda baş tutmuş layihənin ikinci mərhələsi 24-25 fevral 2024-cü il tarixlərində Saatlı rayonunda baş tutub. Layihə çərçivəsində gənclərə “Rəqəmsal vətəndaşlıq”, “Onlayn təhlükəsizlik və məxfilik”, “Faktların yoxlanılması texnikaları” mövzularında məlumat verilib. Həmçinin təlim ərzində gənclərlə müxtəlif qrup işləri keçirilib. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda regionlarda yaşayan gənclərin media savadlılığının artırılması fonunda rəqəmsal vətəndaşlıq, dezinformasiyalar və onların aradan qaldırılması üsulları, analitik bacarıqlarının inkişaf etdirilməsi, həmçinin mediadan ərsəyə gələ biləcək təhlükələr haqqında məlumatlandırmaqdır. Qeyd edək ki, layihə“Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinintəşəbbüsü, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 17-ci qrant müsabiqəsinin qalibləri sırasında yer alan“Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin“Region gənclərinin rəqəmsal vətəndaşlıq sahəsində maarifləndirilməsi” adlı layihəsinə tam sürətlə davam edir.