İşə düzəltmək adı ilə pulları mənimsədi, saxlanıldı
Bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəməkdə təqsirləndirilən Naxçıvan şəhər sakini Murad Quliyev saxlanılıb. Bu barədə Mediaxeberleri.Az-a Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. "O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində zərərçəkənləri aldadaraq onların müxtəlif məbləğlərdə pulunu mənimsəyib", - məlumatda bildirilib. Murad Quliyevin əməllərindən zərər çəkən şəxslərdən DİN-in "102 Xidməti Zəng Mərkəzi"nə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin ( +036 545-08-03, 545-28-96) əlaqə nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunub.
Oxunub: 488
Xəbəri paylaş
Paylaş: