"Bayer 04"lə oyunda məhdudiyyətlər olacaq - UEFA-dan "Qarabağ"a XƏBƏRDARLIQ
Martın 7-də Avropa Liqasının 1/8 finalında "Qarabağ" "Bayer 04"lə üz-üzə gələcək. Mediaxeberleri.Az xəbər verir ki, qarşılaşmadan öncə UEFA görüşün təşkili ilə bağlı Ağdam təmsilçisinə xəbərdarlıq edib. Bu məlumatı offsideplus.az saytına açıqlamasında klubun mətbuat katibi Anar Hacıyev təsdiqləyib. "Köhlən atlar"ın rəsmisinin sözlərinə görə, qurum Ağdam təmsilçisinə bloger və azarkeşlərin davranışları ilə bağlı xəbərdarlıq edib: "Bu məsələ ilə bağlı açıqlamamız olmuşdu. Blogerlə bağlı detallı şəkildə xəbərdarlıq gəlib. Problem çəkilən videolar və davranışlarla bağlıdır. Bu səbəbdən də oyunda blogerlərlə bağlı məhdudiyyətlər olacaq. Azarkeş davranışları ilə bağlı da xəbərdarlıq olunub. Amma hansısa cərimədən söhbət gedə bilməz".
Oxunub: 303
Xəbəri paylaş
Paylaş: