İspaniya çempionatında qadın hakimin aldığı zərbə nəticəsində üzü qana boyandı - FOTO
Futbol üzrə İspaniya çempionatının 26-cı turu çərçivəsində keçirilən “Betis” – “Atletik” matçında işləyən köməkçi hakim Quadalupe Porras televiziya kamerası ilə toqquşaraq üz nahiyəsində zərbə alıb və meydanı xərəkdə tərk edib. Qeyd olunur ki, insident matçın 13-cü dəqiqəsində baş verib. “Betis”in oyunçusunun qolundan sonra köməkçi hakim meydançanın kənarında yerləşən kamera ilə toqquşub. Onun üzü yarılıb. Həkimlər briqadası ona meydançada tibbi yardım göstərib. Qadını ehtiyat hakim Nestor Olgeras əvəzləyib.
Oxunub: 905
Xəbəri paylaş
Paylaş: