UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq. A Liqasının III qrupunda Xorvatiya İspaniyanı qəbul edəcək, İngiltərə isə Çexiya ilə qarşılaşacaq. B Liqasının I qrupunda Şotlandiya Sloveniya ilə, İsveçrə isə Şimali Makedoniya ilə üz-üzə gələcək. C Liqasının I qrupunda Albaniya San-Marinonu qəbul edəcək, Belarus isə Finlandiya ilə qarşılaşacaq. C Liqasının III qrupunda Qazaxıstan Farer adalarını qəbul edəcək, Moldova isə Slovakiya ilə üz-üzə gələcək. C Liqasının IV qrupunda Estoniya İslandiya ilə, Lüksemburq isə Bolqarıstanla qarşılaşacaq. UEFA Millətlər Liqası 6 oktyabr A Liqası, III qrup 22:45. Xorvatiya - İspaniya; 22:45. İngiltərə - Çexiya. B Liqası, I qrup 22:45. Şotlandiya - Sloveniya; 22:45. İsveçrə - Şimali Makedoniya. C Liqası, I qrup 22:45. Albaniya - San-Marino; 22:45. Belarus - Finlandiya. C Liqası, III qrup 18:00. Qazaxıstan - Farer adaları; 22:45. Moldova - Slovakiya. C Liqası, IV qrup 22:45. Estoniya - İslandiya; 22:45. Lüksemburq - Bolqarıstan.





















