"Qarabağ" Avropa Liqasının 1/8 finalında
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilir. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda "Braqa"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş "Qarabağ"ın 3:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan Ağdam təmsilçisi ümumilikdə 6:5 hesablı qələbə qazanıb və1/8 finala adlayıb. Bu, Azərbaycan futbolu tarixində ilkdir. 22 fevral UEFA Avropa Liqası Pley-off mərhələsinin cavab oyunu 21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 2:3 Qollar: Rojer Fernandes, 70 (0:1), Alvaro Djalo, 83 (0:1), Mateus Silva, 102 (1:2), Simon Banza, 115-pen. (1:3), Nəriman Axudzadə, 120+2 (2:3) Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57 ("Qarabağ") Baş hakim: Georgi Kabakov (Bolqarıstan) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu İlk oyun - 4:2