Prezident bu qanunu təsdiqlədi
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib. Mediaxeberleri.AZ xəbər verir ki, yenilənmiş qanuna əsasən, tikinti layihələrin şəhərsalma sənədlərin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblər arasında uyğunsuzluğu aradan qaldırılması üçün müddət daha 3 il artırılaraq 14 ilə çatdırılıb. Məcəlləyə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və məcəllədə qeyd olunan şərtlərin birgə mövcud olduğu hallarda yol verilir.